Əli Kərimli, İsa Qəmbər və Eldar Namazov bir araya gəldi
Martın 7-də AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər və “El” Hərəkatının rəhbəri Eldar Namazov arasında görüş keçirilib. Eldar Namazovun verdiyi məlumata görə, Müsavat Partiyasının qərargahında keçirilən görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, seçkiyə hazırlıq prosesi, müxalifət düşərgəsində bu istiqamətdə görülən işlər, o cümlədən müxalifətin birgə fəaliyyət imkanları və problemlər müzakirə mövzusu olub. E.Namazov qeyd edib ki, görüş qapalı xarakter daşıdığından, müzakirə olunan məsələlərin detallarının açıqlanması məqsədəuyğun hesab edilmir(APA). Görüşdə qarşıdan gələn prezident seçkiləri ilə bağlı əməkdaşlıq məsələləri də müzakirə olunub.


