
Ötən gün axşam bir qrup gənc Bakı küçələrini əsgər ölümləri ilə bağlı şüarlara bürüyüblər. Gənclər paytaxt divarlarına, binalara əsgər ölümlərinə son qoyulması tələbi ilə onlarla şüar yazıblar.
Şüarlarda 10 mart aksiyasının tarixi və yeri də yazılıb. Aldığımız son məlumata görə bir qrup şəxs hazırda şüarları silməklə məşğuldur. Lakin şüarlar şəhərin müxtəlif yerlərinə yazıldığında onları bir-bir tapıb silməkdə çətinlik çəkirlər. Hazırda bir neçə şüar şəhərin mərkəzi yerlərində qalmaqdadır.
Qeyd edək ki, əsgər ölümləri ilə bağlı martın 10-u saat 15:00-da Fəvvarələr meydanında etiraz aksiyası keçiriləcək (elitar.az).






