Əcnəbi hüquq müdafiəçisinin Bakıdakı ailəsinə qoşulmasına icazə verilmir. Hökumət onun Azərbaycanda yaşamaq iznini ləğv edib.
ABŞ/Britaniya vətəndaşı olan Rebekka Vinsentin özünün bildirdiyinə görə, daha Azərbaycanda arzuolunan şəxs deyil: «İnsan haqları fəaliyyətimə görə ölkədən çıxarılmışam, özəlliklə dekabrda başlatdığımız «Demokratiya naminə İncəsənət kampaniyası»ndakı işimə görə».
ABŞ səfirliyi də Vinsentin Milad bayramından sonra Azərbaycanda yaşamaq icazəsinin ləğvindən xəbərdardır. Bu barədə “Azadlıq” radiosuna səfirliyin mətbuat xidmətindən məlumat veriblər: «Səfirlik problemin həlli üçün Azərbaycan hökuməti və xanım Vinsentlə çox gərgin işləyib. Bu cəhdlərin nəticəsiz qalmasından və xanım Vinsentin Azərbaycandakı ailəsinə qoşula bilməməsindən təəssüflənirik».


