AZAL şefinin ailə biznesinə qadağa

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) keçirdiyi nəzarət tədbirləri nəticəsində “GAZELLI INTERNATIONAL” MMC tərəfindən stimullaşdırıcı lotereyanın qanunsuz təşkili aşkar edilib.

QKDK-nın məlumatında bildirilir ki, şirkətə lotereyanın dayandırılması barədə göstəriş verilib,  vətəndaşlara bu aksiyanın qanunsuz olması barədə xəbərdarlıq edilib və onlar diqqətli olmağa çağırılıb.

QKDK stimullaşdırıcı lotereyaların keçirilməsini sanksiyalaşdırır. Lakin bu qurumun İnternet resursunda stimullaşdırıcı lotereyaların reyestri yoxdur.
“GAZELLI INTERNATIONAL”  MMC 1999-cu ildə təsis edilib və Azərbaycanda yeganə kosmetik məhsulların istehsalçısıdır. Şirkət

“Azerbaijan Airlines” dövlət ASC-nin prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevaya  məxsusdur. Şirkətin nizamnamə kapitalı  18,7 mln. manat təşkil edir (Contact.az).