Əli Kərimli Almaniya XİN rəsmisi ilə görüşüb

Görüşdə Azərbaycanda demokratiya məsələləri müzakirə olunub

 

 

AXCP sədri Əli Kərimlifevralın 17-də Almaniyanın ölkəmizdəki Səfiri Herbert Kvell və Almaniya XİN-nin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi müvəkkili Patrisiya Flor ilə görüşüb. Görüşdə parlament seçkidən sonra ölkədəki vəziyyət, o cümlədən Azərbaycanda insan haqları, demokratikləşmə, seçkilərin keçirilməsində mütamadi müşahidə olunan problemlər, Azərbaycanın Almaniya və  Avropa ilə münasibətləri müzakirə olunub. Azərbaycanın demokaratikləşməsində  Avropa Şurası, Avropa Birliyi və başqa Avropa strukturlarının rolu ətrafında xüsusi müzakirə aparılıb.

AXCP sədri qonaqlara Azərbaycanın ciddi poblemlərindən danışıb. Hökumətlə xalqın böyük əksəriyyəti arasında olan qarşıdurma, ifrat təbəqləşəmə  və koorupsiyanın səviyyəsi haqqında məlumat verib. Əli Kərimli Azərbaycanda  dəyişiklər zərurətini vurğulayaraq “ dəyişiklərin islahatlar yolu ilə baş verməsi üçün Azərbaycan hakimiyyəti ilə Avropa strukturlarının daha intensiv dialoq apramasını gözləyirik”deyib.

Məlumatı AXCP mətbuat xidməti yayıb.