QOÇ
Yeni məşğuliyyət axtarmağa dəyməz. Işdə və evdə gündəlik işlərinizlə məşğul olun. Axşam saatlarında istirahətə zaman ayırın. Səhhətinizə fikir verin.
BUĞA
Sizi narahat edən məsələləri inandığınız, etibar etdiyiniz yaxınlarınızla bölüşün. Problemlərinizi sadalamaqdan çəkinməyin. Bu günə mühüm sövdələşmələri təyin etməyin. Axşam əyləncəli tədbirdə iştirakınız gözlənilir.
ƏKIZLƏR
Işlərinizdə qarışıqlıq ola bilər. Baş verənlərə görə təəssüflənməyin. Bunu özünüzə dərd etməyə dəyməz. Yaxşı olar ki, bir qədər istirahət edəsiniz. Səhhətinizə qarşı da diqqətli olun.
XƏRÇƏNG
Situasiyaya uyğun hərəkət edin. Bu gün xarici görkəminizə fikir verin. Romantik görüş üçün axşam saatları münsib hesab edilir.
ŞIR
Ailə üzvlərinin problemləri ilə məşğul olun, onların istəklərini yerinə yetirməyə çalışın. Izdihamlı tədbirlərə qatılmağınız məsləhət deyil. Etibarınızı doğrultmamış insanlardan qaçmağa çalışın.
QIZ
Bu gün adi, gündəlik işlərlə məşğul olun. Yaxın ətrafınızın məsləhətinə qulaq asın. Bu gün yeni işlərə başlamaq məsləhət deyil.
TƏRƏZI
Sakit gün olacaq. Ətrafınızda baş verənlərə diqqət yetirərkən hisslərinizi cilovlamağa çalışın. Yeni planlarınızı hamı ilə paylaşmayın. Səhhətinizə də diqqət yetirməyi unutmayın. Işin gərginliyini atmaq üçün dincəlin.
ƏQRƏB
Zülmlə nail olduqlarınızın əlinizdən çıxmasına imkan verməyin. Diqqəti bu istiqamətə yönəldin. Tələskənliyə yol vermək olmaz. Özünüzü tənha hiss edəcəksiniz. Yaxınlarınızla səmimi olun.
OXATAN
Tamamlanası vacib olan işləri təxirə salmayın. Əks halda gərginlikdən qurtula bilməyəcəksiniz. Yaxşı olar ki, işinizlə məşğul olasınız. Bu gün evdə təmir işlərinə başlamaq üçün münasib zamandır.
OĞLAQ
Vaxtınızı mənasız söhbətlərə, mübahisələrə sərf etməyin. Gün məqsədinizi reallaşdırmaq üçün əlverişlidir. Hadisələrin inkişafına müdaxilə etməyin. Ailə üzvləri ilə münasibətlərdə səmimi olun. Şəxsi münasibətlərin möhkəmlənməsinə diqqət yetirin.
DOLÇA
Yaxınlarınız üçün gördüyünüz işlər yaxşı nəticələr verəcək. Bu gün səhvə yol verməyin. Yarımçıq işlərinizi qaydaya salın. Bu gün yaşanan təsadüfi hadisələrin həyatınızı dəyişə biləcəyini düşünün.
BALIQLAR
Yeni işə başlamağa tələsməyin. Ailə üvləri qayğılandıran məsələlərlə maraqlanın. Səmimi olun, səhvlərinizi qarşılıqlı şəkildə bağışlayın. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün üsullar arayın.
Günün ulduz falı (28.02.2013)
•