İran Mişel Obamanı “geyindirdi”

İran ilin ən nüfuzlu kino mükafatı olan “Oskar” qazanan ben Aflekin “Arqo” filminə kəskin reaksiya verib. Birinciliyi açıqlayan ABŞ-ın birinci xanımı Mişel Obamada İran senzurasından payını alıb.

Belə ki, ölkənin rəsmi xəbər agentliyi olan “Fars” “Oskar”ın qalibini açıqlayan Obamanın paltarına fotoşopla müdaxilə edib.

Obamanın nazik ipli geyimini açıq-saçıq hesab edən agentlik onun dekoltesini qapadaraq, paltara qollar əlavə edib (ans press).