SƏYYAR ÖLÜM DÜŞƏRGƏLƏRİ: XOCALI

Qurani-Kərimin “Qələm” surəsində yazılır ki, “And olsun qələmə”, yəni nə yazılırsa haqdan yazılmalı, haqdan deyilməlidi.Ondan kənarda deyilən və yazılanda şeytan nəfəsi var. Digər dini kitablar olan Bibliyada, Tövratda və İncildə bele risalə və deyimlər yoxdu. İnsanlıq tarixinin ən qəddar amansız soyqırım aktı olan Xocalı faciəsinin, milli matəmin növbəti 21-ci il dönümüdür. Biz Xocalı faciəsi barədə əsl həqiqətləri bilirikmi?, deyirikmi?. Beynəlxalq tədbirlədə hadisənin mahiyyətini açmırıqmı?.
Dogrudanmı Azərbaycanın sərhədləri daxilində sayi 300 -dən çox olmayan erməni silahlı birləşməsi 237 silahli Azərbaycan özünümüdafiə batalyonunun əsgəri oldugu halda Xocalıda bu faciəni tötədə bilmişdir?
Bütün hallarda bizə bu soyqırım hadisəsi barədə obyektiv həqiqəti bilməmiz  vacibdir. Ən azından ona görə ki, bu soyqırım hadisəsini araşdıran Dövlət İstintaq Komisiyası və müxtəlif yollarla əldə edilmiş mühüm əhəmiiyyətli sənədlər  vardır. Xocalı soyqırımı əslində Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyinə qarşı əvvəlcədən planlaşdırılan, xüsusən Rusiya, Fransa və digər dövlətlərin təşkilatçılıgı ilə həyata keçirilən hətta Roma papası səviyyəsində xeyir dua verilən bir soyqırım hadisəsidir.
Əvvala Xocalıda  rəsmi şahid ifadələrinə və istintaq materallarına görə 613 nəfər öldürülmüş, 1000 nəfər şikəst olmuş, 1275  əsir götürülmüşdür. Soyqırım hadisəsini həyata keçirmək üçün 5 ədəd Mİ-24 P vertalyotu Telavidəki SSRİ hərbi hava qüvvələrinə məxsus vertalyot bazasındakı vertalyotlardan  saat 16-00 dan 00-00 dək 89 raket atılıb.Pilotlar Liviya, Suriya, Yerevan erməniləri və bir nəfər Livanda “Həmas” qruplaşmasından qovulan müsəlman ərəb Məhəmməd ibn Zahid olmuşdur. Onlar Krasnodarda Alder hərbi təlim düşərgəsində tərcürbə keçdikdən sonra Xocalını kimyəvi zəhərli raketlərlə bombalamışdılar.
O, cümlədən Paris yaxınlıgında  erməni terror təşkilatı olan “Asalaya” məxsus hərbi düşərgədə təlim görmüş 26 nəfərlik mütəşəkkil qrup artiq yanvar ayından Xankəndində idilər və 366 -ci polkun komandanı İ. Zarviqarovu ilk tanışlıq münasibəti üçün və “razı” salamaqdan yana 36 min ABŞ dolları da vermişdilər. Xocalı soyqırımını həyata keçirmək üçün “Artsax yardım fondu” da təsis edilmiş, Xocalı əməlliyatını işıqlandırmaq üçün 32 ölkədən 47 erməni jurnalist dəvət edilmişdir. Onlar Zarviqarovun göstərişinə uygun olaraq zirehli maşınların gözlüklərindən çəkilişlər aparmışlar. Əməliyatda 366 – ci polkun Artileriya divizyonu, Zenit artileriyası, Tank rotası, 23 ədəd PDM – i, ruslardan ibarət 463-cü əlahiddə kimyəvi mühafizə hissəsi, 909 -li Əlahiddə kəşfiyat batalyonu, o cümlədən “İvanın vəhşi batalyonu” adını almış birləşmələr iştirak etmişlər. 1992 -ci il 23 yanvarında 366-cı polkun 194 nəfər Ləzgi, Tatar, Qazax ,Özbək və ürək qızdırmadıqları digər müsəlman əsgərlərini tərxis etmişlər. Onarın pullarını isə erməni terror təşkilatı olan “Haydad” ödəmişdir. Tərxis olunmuş hərbiçilərin yerini isə Fransa, ABŞ, Liviya və sair kimi ölkələrdə fəaiyyət gostərən rusiya səfirliyinin  hərbi rezidentləri əlaqələndirdikləri, Moskva- Yerevan üstündən uçaraq  Xankəndinə gələn 366 -ci alayın təxris olunan  hərbiçilərinin yerini dolduran terroristlər idilər.
Bunlarla yanaşı Xocalı ətrafında “Vartan cəngavərləri”, Liviya ermənisi Paşayanın rəhbərlik etdiyi “Haydad” qrupu, Din və kilsələrin azadlıgı üçün döyüşən Argentinadan gəlmiş qizlardan ibarət ” Çöl quşları” snayper qrupu hətta ölüləri və yaralıları yıgıb yandırmaq üçün yaradılan səyyar ölum ocaqlarında çalışan xüsusi “Qaflan”qrupu da yaranmışdır. və.s.
Təbii ki, ermənilər dünayaya 54 nəfərlik bir qəbirstanlıq çəkib göstərdilər, Səyyar ölüm ocaqlarının barəsində isə az qala bizdə susmaq istəyirik, nəinki ermənilər. Ən mühüm məsələlərdən biri odur ki, Xocalıda ölən uşaqların əksəriyyəti Cingiz Mustafayevin də məlum kadrlarında göründüyü kimi güllə yarası almadan ölmüşdür. Səhəri gün isə meyidlər güllələnmiş və əzaları kəsilmiş bir hala salınmışdır. Bu rusların izi itirmək və erməni azərbaycan münasibətlərini dərin, barışılması illər çəkən bir amansız düşmənçiliyə xidmət edirdi.
Bu gün sadaladıgmız həqiqətlərin aşkarlanmaması üçün erməni tərəfi ildə milyonlarla vəsait xərcləyir. Biz isə heç olmasa da həqiqətləri, rusların Xocalı soyqırımınin təşkilatçısı və icraçısı oldugunu çəkinmədən deməliyik. Rusun nə qədər nəhəng olmasına baxmayaraq, tək XX yüziliyin əvvəllərində qırdıgı 4,5 milyon qafqasiya türklərinin ruhuna rəgmən..