QOÇ
Başınız öz problemlərinizə qarışıb. Sizi narahat edən məsələləri həll etməyiniz müsbət nəticədir. Amma bir balacada olsa xarici görünüşünüzə diqqət yetirin. Imic dəyişikliyi yerinə düşər.
BUĞA
Uğurlu gündür. Adi, gündəlik işlərinizlə məşğul olun. Həmkarlarınız da sizi yaxşı başa düşəcəklər. Evdə və işdə sakit və firavan atmosfer ürəyinizcə olacaq. Artıq problemlər gözlənilmir.
ƏKIZLƏR
Son zamanlar verdiyiniz itkilər sizi sarsıdacaq. Bu, şəxsi əşyalarınıza qarşı diqqətsizliyin nəticəsidir. Yaxınlarınız da bundan əsəbləşəcəklər. Büdcənizə diqqət yönəldin.
XƏRÇƏNG
Gəlirinizi artırmaq üçün hər üsula əl atmaq yaxşı nəticə verməyəcək. Birincisi, ətrafdakıların sizin bu addımınızı düzgün qiymətləndirməyə bilər. Ikincisi isə bu xəyallar sizi çox uzaqlara apara bilər. Yaxşı olar ki, aza qane olasınız. Əks halda onu da itirmək təhlükəsi var.
ŞIR
Son zamanlar gərgin işləməklə sübut etməyə çalışırsınız ki, siz nələrəsə qadirsiniz. Yaxın ətrafınız sizi bəzi məsələlərdə qınadıqlarından özünüzü doğrultmağa çalışacaqsınız.
QIZ
Ailə-məişət məsələlərinin həlli həmişəki kimi gündəmdədir. Kənardan müdaxilələr olmasa siz bütün çətinlikləri yoluna qoya bilərsiniz. Təəssüf ki, belə şərait hələ yetişməyib.
TƏRƏZI
Yaxınlarınıza yardım etmək istəyi baş qaldıracaq. Ancaq bu işi də yarımçıq görəcəksiniz. Bəzi anlaşılmazlıqlar sizi belə rəftar etməyə vadar edəcək. Ən yaxşısı səmimi olaraq niyə belə etdiyinizi söyləyin.
ƏQRƏB
Yorğunluq sizi yeni ideyalarınızı reallaşdırmağa imkan vermir. Bu səbəbdən yaxşı olar ki, əvvəlcə yaxşı dincələsiniz, daha sonra işə girişəsiniz. Xırda məsələlərə də əhəmiyyət vermək lazımdır. Günü günə calamaqla işlər yığılıb qal bilər.
OXATAN
Bu gün heç kimin işinə müdaxilə etmədən hərəkət etməyiniz məsləhətdir. Sadəcə, öz işinizlə məşğul olmağınız sizə fayda verər. Müdriyyət gec-tez sizin zəhmətinizi mükafatlandıracaq.
OĞLAQ
Dost-tanışın əhatəsində keçirdiyiniz anlardan həzz alacaqsınız. Yola çıxmaq ehtimalı da var. Səfərinizin uğurlu olacağı bildirilir. Bu zaman yaxınlarınıza qovuşacaqsınız.
DOLÇA
Heç kəsə imkan verməyin ki, sizin işlərinizə bu qədər yaxından müdaxilə etsinlər. Ulduzlar bildirir ki, bu sizin son zamanlar hamının işinə burun soxmağınızın nəticəsidir. Yaxşı olar ki, münasibətləri aydınlaşdırıb hərəkətə keçəsiniz.
BALIQLAR
Göz yumduğunuz işlər çoxdur. Amma onlara da vaxt ayırmağınız məsləhətdir. Əks halda artıq problemləriniz çıxa bilər. Sevdiyiniz şəxsə qarşı diqqətli olun.

Günün ulduz falı (22.02.2013)
•