İP-dən gənc fəallara dəstək

İctimai Palatanın Koordinasiya Şurası gənc hərəkatçılara qarşı repressiyalarla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Azərbaycan demokratiyasının avanqardı olan gənclər hərəkatı fəallarına qarşı mübarizədə aciz qalan İlham Əliyev iqtidarı onların valideynlərinə və yaxınlarına qarşı “məhkəmə cərimələri” terroruna başlamışdır. 12 və 26 yanvar – orduda əsgər ölümləri və İsmayıllı hadisələrinə dəstək aksiyalarının iştirakçılarına münasibətdə qeyri-adekvat dərəcədə böyük cərimələr tətbiq edərək, həmin şəxslərin və valideynlərinin şəxsi əşyalarını müsadirə etməyə başlamışdır.

İctimai Palatanın Koordinasiya Şurası “məhkəmə” pərdəsi altında həyata keçirilən bu dərəbəyliyi hakimiyyətin sifarişi ilə həyata keçirilən siyasi repressiya kimi dəyərləndirir və pisləyir.

İctimai Palatanın Koordinasiya Şurası bəyan edir ki, Azərbaycanın mübariz gəncliyinin tərəfindədir və onların müdafiəsi üçün bütün addımlara hazırdır və dəstək kampaniyalarında fəal şəkildə iştirak edəcəkdir.

İctimai Palatanın Koordinasiya Şurası bütün demokratik düşərgəni və mütərəqqi qüvvələri, şəxsləri elan olunacaq müdafiə tədbirlərinə qoşulmağa çağırır”.