Gərək ki, bu fikir Antik Yunan filosofu Falesə məxsusdur. Falesin heç aglına da gəlməzdi ki, XXI əsrdə hakimiyyətdə olanların özlərini unutmaqları ucbatından insanlar onun fikirinə bu qədər önəm verəcəklər. Bizim cəmiyyətdə hakim olan idarəçilik sistemi də elədirki, Vəzifədə olanların çoxu hakimiyyətdən ancaq həbsxanaya gedirlər. Görəsən filankəs niyə bu qədər rüşvətə meyl elədi? O başqa cür işləyə bilərdimi? Birazda Konkretləşdirsək bu yaxınlarda Bakı Dövlət Sosial İqtisad Kollecinin Direktoru və digər üç nəfər rüşvətdən dolayı günahkar bilinərək həbs edildilər. Lakin zamanında bütün sistem onu himayə etdi. Hansı ki, direktora ciddi bir xəbərdarlıq, adiyyatı nazirlik tərəfindən KİV – də yazılanlara müdaxilə edilməsi, araşdırılması indi bu qədər ailənin Cəza evlərinin qarşısına getməsini əngəlləyə bilərdi. Lakin hakim olan mühit elə idi ki, uzun illər dərin kök salmış korrupsiyanı hakimiyyət özü himayə edirdi. 20 -il direktor işləmək və himayəsi olmadan bu cinayətləri həyata keçirmək mümkün ola bilməzdi. Ümumiyyətlə isə Azərbaycanda rüşvət almayan kəs hansı kriteriyaya görə vəzifəyə gətirilə bilərdi ki? Yəni “Müqəssir! günah edən deyil ona bu qaranlıgı yaradandır” deyimi çılpaqlıgı ilə cəmiyətimizin adi reallıgıdı. Ölkədə vəzifə tutan şəxslərin əksəriyyəti üçün faciə yaradan başlıca məsələ rüşvətin idarəetmənin əsas lokamativinə cevrilməsidirsə bir o qədər də vəzifədə bir nəfərin işlədiyi “müddətdir”, “zamandır”. Bizim məmurları vəzifədə o qədər saxlayırlar ki oradan əvvəllər Bayıla, indi isə Kürdəxanıya göndərirlər. Səbəblər müxtəlif olsada əsas odur ki məmurların uzun illər ərzində hakimiyyətdə qalmaları, bunun az qala ilahi məqama baglamaları, dəyişən zamana uygunlaşa bilməmələri adi psixoloji hala, reallıga çevrilir. Yəni insan 20 il də eyni vəzifədə qalarmı? Yaşı belə ötdüyü zaman onu təkrar ilbəil təkrarən vəzifədə saglamanın anlamı nə idi? Dogrudanmı Azərbaycan cəmiyyəti, onun təhsil sistemi bir vəzifə adamını dəyişməyə əlavə kadr yetirə bilmirdi?
Bu işin maraqlı məqamlarından biri də odur ki, uzun müddət vəzifədə oturan belə şəxslərin ətrafi da onu fəlakətə aparan xüsusi mühit yaradırlar. İki il əvvəl Bakı Dövlət Sosial İqtisad Kollecində Pedaqoji Şura keçirilərkən mövcud olan nöqsanlarla əlaqədar direktoru tənqid etdım. Direktordan daha qabaq onun ətrafi mənə etirazlar etdilər ki niyə imkan vermirsən agsaqqal işləsin? Direktor da məni eşitmək istəməyib iclasdan getdi. Arxasınca “getmə burda deyim sonra bütün Azərbaycan biləcək” sözlərimi eşitsədə əhəmiyyət vermədi. Nəticə göz önündədir. Hətta direktorun ətrafi semestri sag salamat başa vurmalarından dolayı qurban da kəsiblərmiş. Direktora daha iyirmi ilin tamam olması münasibətilə arzu edirmişlər ki, Allah səni üstümüzdən əksik eləməsin! bu qədər də rəhbərlik edəsən Fidel Kastro kimi. Bizimdə varisimiz yetişər və.s. Yetişdi….
Amma o məlum ətraf güya heç nə olmamış kimi bu gün müdirikcəsinə susur. Təbii ki, “Müdriklik nəsiətlərə, tale isə hadisələrə başçılıq edir”.
Zənnimcə Azərbaycan çox nadir ölkələrdən biridir ki, burada hələdə müəllim həbxanaya düşür. Axı müəllimin əsas işi, məramı, məqsədi gənc nəslə təhsil, savad verməkdi, onları xoşbəxt edən butun cəmiyyəti saglamlaşdiran bir missiyanın daşıyıcıları da həbsxanaya düşərmi? Hamını xoşbəxt etməli olan da bədbəxt ola bilərmi? Bütün bunlar sistemdən qaynaqlanmırmı? Nə vaxta qədər bizim Həbsxanaların kameraları “Direktorun”,”Akademikin”,”Professorun”,”Müəllimin” “Jurnalistin” kamerası adlanacaqdir? Hələ deputatı naziri demirəm.
Biz nəhayət onunda fərqində olmalıyıq ki, Azərbaycan ailəsində faciə baş verirsə bu həm də cəmiyyətimizin, hər birimizin faciəsidir. Ətrafın xoşbəxt deyilsə səndə xoşbəxt ola bilməzssən. Azından sabah o kollecə təyin olunan direktor güya təmiz işləmək tapşırıgı alacaqdır? Heç tələbələimiz rüşvətsiz təhsilə uygunlaşmaq istəmir. Məni ən çox narahat edən odur ki tələbələr valideyinlər qarışıq etiraza qalxalar ki, hələ biz qüşvətsiz təhsilə hazır deyilik. Cəmiyyət mentalitet imkan vermir, Övladlarımız yanvar böhranından yenicə qurtarıblar, indi nece təhsilə, oxumaga uygunlaşsınlar ən azı zaman lazımdı, “kecid dövrü tələbələrə valideynlərə bir haqq olaraq tanınmalıdı” və.s
Hakimiyyətdə olanda özünü də idarə et
•