Elnur Seyidovun işindən yenə şikayət verildi

Səbail Rayon Məhkəməsinin AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidov barəsində son qərarından apellyasiya şikayəti verilib. Vəkil Əsabəli Mustafayev “Media forum” saytına deyib ki, Elnur Seyidov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi üçün Səbail Rayon Məhkəməsinə verilən vəsatət təmin olunmayıb: “Bu qərardan verdiyimiz şikayətdə Səbail Rayon Məhkəməsinin qərarının ləğvini və Elnur Seyidovun ev dustaqlığına buraxılmasını istəmişik. Həbs qərarının dəyişdirilməsi və Elnurun ev dustaqlığına buraxılması üçün kifayət qədər əsas var”.