İspaniya çempionatının 24-cü turu çərçivəsində lider «Barselona» səfərdə «Qranada»nı 2-1 hesabı ilə məğlub edib.
22-ci turda «Real» məğlub etməyi bacaran «Qranada» oyunda hesabı açsa da, «Barselona»nıın argentinalı ulduzu Leonel Messinin dublu komandasına qələbə qazandırıb. 24 oyunda 37 qola imza atan Messi «Barselona»nın heyətində 300 qol vuran ilk oyunçu kimi də tarixə düşdü. Buna qədər heç kim bu göstəriciyə nail ola bilməmişdi. Qeyd edək ki, argentinalı ulduz ardıcııl olaraq 14 oyundur ki, meydanı qolsuz tərk etmir.