Ölkə başçısını inandırıblar ki, kosmetik dəyişiklər edilməyəcəyi təqdirdə ölkədə vəziyyət daha da pis olacaq
Ilham Əliyevin son müşavirəsi və sonrakı addımları ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatda deyilir ki, Ismayıllı hadisələrindən sonra Ilham Əliyevin yerli və əcnəbi strateqləri ölkə başçısına məmurlara təpinməyi və bəzi kosmetik dəyişikliklər etməyi məsləhət görüb.
Onlar Ilham Əliyevin diqqətinə çatdırıb ki, bu addımlar atılmasa ölkədə vəziyyət həddindən artıq gərgin olacaq. Ən çox narazılıq yaradan məmurlara barmaq silkələnməsi və bəzilərinin də işdən çıxarılması ölkədəki gərginliyi bir qədər yatıra bilər. Ilham Əliyev də strateqlərinin məsləhətinə qulaq asaraq sözügedən müşavirəni keçirib və müəyyən addımlar atmağa başlayıb.