britaniya-parlamenti

“Əliyevə dəstək verənlər Avropa Şurasının nüfuzuna ciddi zərbə vurur”

britaniya-parlamentiBritaniyalı deputatlar AŞPA üzvlərini Əliyev rejiminə dəstəyə görə ittiham etdi

Fevralın 14-də Böyük Britaniya parlamentinin Leyborist Partiyasından olan üzvləri Pol Flin və Virendra Şarma bəyanatla çıxış ediblər. Onlar Böyük Britaniyanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən deputatları Ştrasserin layihəsinə səs vermədiyinə görə kəskin tənqid ediblər.
Bəyanat müəllifləri Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamənin əleyhinə səs verən həmkarlarını Azərbaycan hakimiyyətini dəstəkləməkdə günahlandırıblar. Bəyanatda deyilir ki, Ştrasserin təqdim etdiyi qətnamənin əleyhinə çıxanlar Əliyev rejiminə açıq dəstək veriblər.
“Onların u hərəkəti bizi sadəcə şoka salıb” deyə qeyd edən bəyanat müəllifləri irad tutublar ki, Ştrassserin qətnamə layihəsini rədd edənlər Azərbaycan hakimiyyətinin onu ölkəyə buraxmadığını nəzərə alınmayıblar. “Təsadüfi deyil ki, Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edilməyəndən sonra, bu ölkədə siyasi dustaqların sayı daha da artıb. Bu qətnamənin əleyhinə çıxanlar Əliyevin və Putinin AŞPA-dakı anti-demokratik nümayəndə heyətlərinə dəstək verməklə pis bir iş görərək, Avropa Şurasının nüfuzuna ciddi zərbə vururlar”, – deyə bəyanatda bildirilir.

azadliq.info