Martın 15-də AFFA-da növbəti konfrans keçiriləcək. Bu haqda qurumun Mətbuat və Ictimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat yayıb.
O bildirib ki, tədbir AFFA-nın inzibati binasında baş tutacaq. Konfransın gündəliyində AFFA-da ötən illlər ərzində görülmüş işlərin hesabatı yer alıb. Federasiya rəsmisi konfransda qurum rəhbərliyində istefaların baş vermə ehtimalı da var,-deyib
Dünən AFFA-dakı mötəbər mənbələrdən aldığımız məlumata görə, konfrasda qurumda kardinal dəyişiklərin olacağı gözlənilir. Mənbənin dediyinə görə, AFFA prezidenti Rövnəq Abdullayev işlərinin çoxluğunu əsas gətirərək istefa verəcək və birinci vitse-prezident Elşad Nəsirovun rəhbərliyi ilə yeni təşkilat komitəsi yaradılacaq.
Plana görə, aprel ayında AFFA-nın yeni konfransı keçiriləcək. Həmin konfransda isə quruma Bakı klubunun prezidenti Hafiz Məmmədovun gətiriləcəyi gözlənilir.
Məlumata görə, Məmmədovun Avropada Azərbaycan adından gördüyü reklam xarakterli tədbirlərin əsil mahiyyətində də bu məqam dayanır. Artıq bu məsələyə siyasi rəhbərliyin də razılıq verdiyi deyilir.