Rusiyanın baş naziri Dmitri Medvedyev 2019-cu ildə ölkədə keçiriləcək qiş Universiadasına hazırlıq işləri ilə maraqlanmaq üçün Krasnoyarsk əyalətində gəlib.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, biatlon meydanı ilə maraqlanan nazirə biatlonçulardan biri yaxınlaşaraq saatını hədiyyə olaraq verməsini rica edib.
Baş nazir gülümsəyərək qolundan saatını açıb və idmançıya hədiyyə edib. Medvedyev həmçinin saatının o qədər də bahalı olmadığını bildirib.