Ziya Məmmədovun qardaşı oğlu yüksək vəzifəyə gətirlidi

Daxili işlər naziri Ramil Usubov daha bir polis rəisini işdən azad edib. Salyan rayon Polis İdarəsinin rəisi Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəis müavini vəzifəsinə təyin edilib. Bu barədə məlumatı “aznews.az” saytı yayıb.
Qeyd edək ki, Fuad Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.
Məlumatı DİN mətbuat xidmətindən “Azadlıq”a təsdiqləyiblər.