Bakıda PKK-nı təbliğ edən kitablar yayılır

Bakıda və Azərbaycanın başqa rayonlarında kürdlər arasında Həjar Əsgərovun müəllifi olduğu kitablar yayılır. Bu barədə qəzetimizə mötəbər mənbədən məlumat daxil olub.
Mənbənin dediyinə görə, kitablar Qırğızıstanın “Zəngəzur”(?) nəşriyyatında çap olunur və əksər MDB ölkələrinə, xüsusən də Azərbaycana daşınır. Həmin nəşriyyatın baş direktoru isə Azərbaycanda PKK simpatizanı kimi tanınan Həjar Əsgərovdur.
Adıgedən nəşriyyatda çap olunan kitabların müəllifi də əsasən Həjarın özüdür. Hazırda həmin nəşriyyatda 13 adda kitab nəşr olunub. Bunların arasında “Kürd diasporu”, “Rusca-kürdcə danışıq lüğəti”, “Qafqaz Kürdüstanının tarixi”, “Qırmızı Kürdüstan”, “Yalnızam, təkəm, tənhayam” və sairə kitablar var.
Həmin kitablarda tarixi türk torpaqları “Kürdüstan ərazisi” kimi təqdim olunur.

Informasiya şöbəsi