Rüstəm İbrahimbəyovun həbsinə hazırlıq gedir

rustem ibrahimbeyov2Hakimiyyət tanınmış dramaturqu «vergi cinayəti» ilə «ilişdirmək» istəyir

Tanınmış dramaturq Rüstəm Ibrahimbəyovun həbsinə hazırlıq gedir. Bu barədə “Azadlıq”a etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Rüstəm Ibrhaimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar Ittifaqı ilə bağlı başlanmış vergi cinayətinin istintaqı dramaturqun həbsi istiqamətində aparılır.
Mənbə əlavə edib ki, tanınmış dramaturqun Azərbaycanda demokratiyanın bərqərar olması yönündə apardığı işlər iqtidarın ciddi narahatlığına səbəb olub. “Ona görə də Rüstəm Ibrahimbəyova qarşı apardıqları kampaniya ilə kifayətlənmək istəmirlər. Onun həbsi barədə də düşünürlər. Istintaq bu istiqamətdə aparılır. Amma bununla belə hələ konkret qərar yoxdur. Situasiyanı dəyərləndirib konkret qərar verəcəklər”, – deyə mənbə vurğulayıb.
Xatırladaq ki, Vergilər Nazirliyi Azərbaycan Kinematoqrafçılar Ittifaqına qarşı Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlayıb.
Nazirlik eyni zamanda Kinematoqrafçılar Ittifaqının vaxtilə XI “Şərq-Qərb” Bakı beynəlxalq kinofestivalının keçirilməsi üzrə nümayəndə təyin etdiyi Əfəndiyevaya Lalə Kamil qızına Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham elan edib.