“Ramiz Mehdiyev xəstəlik adı ilə gəlib oturur Parisdə, məni geri almağa çalışır”
Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev “Azadlıq” radiosuna maraqlı müsahibə verib. Müsahibədə o, təkarar edib ki, əlində hələ xeyli sayda video görüntülər var və onların yayılması ilə bir sıra məmurlar ifşa olunacaq. Keçmiş rektor müsahibəsində bəzi yeni adlar da çəkir, onu Avropada zəhərləməyə cəhdin olduğunu, hətta Ramiz Mehdiyev səviyyəsində Azərbaycan hakimiyyət təmsilçilərinin Fransaya gedrək onun Bakıya qaytarılması üçün səylər göstərdiyini deyir.
“Bu ciddi məsələdir.
Söz demək üçün gərək əlində əsasın olmalıdır. Bilirsiniz, bunlar elə adamlardır ki, başqa cür danışmaq mümkün deyil. Bunları hüquqşünas olduğuma, tanıdığıma görə belə elədim.
Aeroportun polis rəsinin müavini, daxili işlər naziri Ramil Usubovun yaxın qohumu, qudası polkovnik Rasim Ildırımzadə mənə dedi ki, Mahir Abdullayev Milli Təhlükəsizlik Nazirliyindədir. Onunla da videolarım var, hardasa 25 video.
Əslinə qalsa əvvəl qardaşımı kriminal aləmdə, “qanuni oğru”ların arasında axtarırdım. Fikirləşirdim ki, onlar oğurlayıb. Ancaq bunlar hamısı dövlət orqanlarında işləyirlər, vəzifəli adamlardır.
Sevinc Babayevanın həyatını Strasburqda yaşamışam. Eyni şey, eyni ssenaridir. 2010-cu ilin 21 sentyabrında Bakıdan çıxdım. Gördüm artıq mümkün deyil. Məni izləyən adamları hiss edirdim. Məni tanış adamlar gəirdilər Şturtqarta. 14 gün Almaniyada başqa adamın adıyla saxladılar. Sonra böyük bir yeyib-içmək təşkil olunmuşdu. Bura gələn admalar mənə spirtli içkilər içirtməyə başladılar. Istəyirdilər ki, müqavimət gücümü itirim. Ancaq özləri içmirdilər. Özləri əsəbləşirdilər, siqaret çəkirdilər. Bir də gördüm ki, evin sahibi, xanımı bunlara dirəndi ki, olmaz, bu professor adamdı, hüquqşünas adamdı, tanınmış adamdı, söz-söhbət olacaq qalacağıq altında. Ərinin üstünə çığırdı. Bu söhbəti qulağım aldı. Özümdə də xüsusi telefon vardı, zəng elədim, taksilərin nömrəsini özümdə saxlayırdım. Zəng elədim taksi gəldi. Ayaqyalın, ayaqqabım əlimdə oturdum taksiyə, hansı ki, bunlar məni saxlayan hotelə gəldim. Yenə də bunlar mənim arxamca gəldilər. Dedim mən professor adamam, polis dəvət edin, bunlar cinayətkar adamlardır. Onlara da dedim ki, buranı tərk edin. Onlar qaçdılar. Birdə gördüm ki, bunlar oldular üç maşın. Məcbur oldum köhnə tanışlarımın əliylə bir təcüməçi dəvət elədim, bunları verdim polisə, gecə saat 5-də. Bu günə kimi də onların istintaqı gedir.
Bizim həyatımız burada da təhülkə altındadır. Təsəvvür edin ki, Bakıda bəyanat verirlər Strasburqda sizinlə görüşək. Mən də gedim onlarla görüşürəm. Adlarını da qoyublar hüquq müdafiəçiləri. Gəlirlər böyürlərində də bir neçə adamlar. Ramiz Mehdiyevin özü xəstəlik adıyla gəlir Almaniyaya, oturur Parisdə. Istəyir ekstradasiya eləsin bizi. Mənim bütün qohum-əqrabamın banklarda hesabı dondurulub. Böyük pulları yoxdur, 10 min, 12 min, 13 min, 14 min, 15 min. Özlərinin xarici banklarda milyonları, milyardları var. Buna stop qoyan yoxdur. Mənim qohum-əqrabamın çoxu müəllimdir, akademiya işçisidir, professor adamlardır, elə də çox imkanları yoxdur. Bu ilin yanvarında Azərbaycan Beynəxlaq Universitetinin iki günahsız dekanı – Rabil Əmənovla Xudayar Həsənov haqqında cinayət işi qaldırıblar”.
Elşad Abdullayev deyib ki, ABU-nu yaradandan Heydər Əliyevə müraciət edib: “Gizlində deyil, millətə də elan eləmişəm. O vaxtı müraciət elədim Heydər Əliyevə. Heydər Əliyev də dedi ki, demişəm, get Cəlal Əliyevin yanına. Cəlal Əliyevdən çəkinirdim, xarakterli adam olduğuna görə. Dedim mən ondan qorxuram. Dedi get Aqil Əliyevin yanına. Məndə getdim onun yanına. Dedi ki, bilirəm. Aqil Əliyev mənə dedi ki, məni kafedra müdiri qoy ora, əlimdən nə gəlir kömək edərəm”.