Korrpusiya komissiyasının iclasında üniversitetə köçürmələr məsələsi də müzakirə edilib
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın yanvarın 26-da keçirilən iclasında ali məktəblərin rektorlarını da tənqid edib. Lakin iclas barədə mətbuata verilən məlumatda bu məqamın üstündən keçilib. “Azadlıq”a daxil olan məlumata görə, Ramiz Mehdiyev əsasən universitetlərə köçürmələr məsələsini qabardıb. Bununla xeyli qanun pozuntularının olduğunu deyib və rektorları sərt tənqid edib.
Məlumatda deyilir ki, Ramiz Mehdiyevin rektorları hədəf seçməsi təsadüfi deyil. Bildirilir ki, PA rəhbəri Gülər Əhmədova məsələsində ona qarşı hücumlar olan zaman rektorların sükut etməsini həzm edə bilmir. Iddia edilir ki, hətta PA rəhbərinin özü bu məsələdə rektorlara mesaj göndərib. Lakin onlar Ramiz Mehdiyevə dəstək verməyə tərəddüd ediblər. Digər tərəfdən rektorlar Misir Mərdanov-Ramiz Mehdiyev qarşıdurmasında da qəti mövqe sərgiləyə bilmirlər. Bütün bunlar isə onları Ramiz Mehdiyevin hədəfinə gətirib.