Bu gün Rio-de-Janeyroda samba məktəblərinin yarışı başlayacaq
Dünyanın ən rəngarəng və böyük karnavalı başlayıb. Rio karnavalını görmək üçün bütün dünyadan yüz minlərlə turist Braziliyanın Rio-de-Janeyro şəhərinə axışıb. 5 günlük karnavalın ilk günü məşhur İpanema çimərliyində kütləvi samba rəqsi ilə yadda qalıb. Paradda 500 minə yaxın sakin və turist iştirak edib. Rio karnavalı çərçivəsində 700-ə yaxın küçə tədbirlərinin keçirilməsi planlaşdırılır.
Bu gün isə bir-birindən rəngarəng və qeyri-adi kostyumlar geyinən samba məktəblərinin yarışı başlayacaq. Şəhər administrasiyası 1 milyondan çox turistin gələcəyini proqnozlaşdırır. Karnaval fevralın 12-də yekunlaşacaq.