Dünya onların ilişgisindən danışır

Hayfa Vebe: “Güman edirəm, növbəti dəfə məni Obama ilə evləndirərlər”

Livan bir müddətdir ölkənin superstarı Hayfa Vebe və Hizbullah lideri Həsən Nəsrullahın ilişgilərinə dair söz-söhbətlə çalxalanır. Belə ki, yerli mediada yayılan məlumatlara görə, Hayfa “Rusiyanın səsi” radiosuna müsahibəsində bir vaxtlar Həsən Nəsrullahla evli olduğunu deyib.
Məlumatla bağlı açıqlama verən superstar bunu yayan medianı tənqid edib. “Güman edirəm, növbəti dəfə məni Obama ilə (ABŞ prezidenti – red.) evləndirərlər” deyə Hayfa haqqında yayılan xəbərin doğru olmadığını ifadə edib.
Məlumatlarda isə o da deyilir ki, Hayfa Vebe Həsən Nəsrullahın xarici görünüşünə, xarizmatik şəxsiyyətinə və İsrailə qarşı olan mövqeyinə heyrandır.
Livanın gözəllik yarışmasında qalib gələrək məşhurlaşan Hayfa hazırda modellik, aktrisalıq və müğənniliklə məşğuldur. 36 yaşlı superstarın atası livanlı, anası isə misirlidir.