Gözəl bir “Sarı Gəlin” (VİDEO)

Güney Azərbaycandan olan Arsalani məşhur mahnıya yeni damğa vurub

 

“Sazı ilk dəfə 6 yaşımda gördüm və qadağan olduğu üçün gizli-gizli öyrənməyə başladım”. Bunu, Türkiyənin “Cihan” agentliyinə müsahibəsində iranlı müğənni Parisa Arsalani deyib. İranda 2000-ci ildə mahnı müsabiqəsində iştirak edərək birinci yeri tutan və oxuması qadağan olunan Parisa Arsalani son günlər ifa etdiyi və “You Tube”də yayılan Azərbaycan Xalq mahnısı “Sarı Gəlin” sayəsində bir az da məşhur olub. Aslani ən böyük arzusunun Türkiyədə albom çıxarmaq olduğunu deyib.

Parisa Arsalani 1978-ci ildə İrandakı Qərbi Azərbaycanın paytaxtı Urmiyada dünyaya gəlib. Onun sazın müşayiəti ilə oxuduğu mahnılar artıq virtual dünyada fenomen olmağa başlayıb. Uşaqlıq illərinin İran – İraq müharibəsi dövrünə təsadüf etdiyini bildirən Arsalani səsindəki yanıqlığın çəkdiyi sıxıntılar səbəbilə ola biləcəyini deyib.

Türkiyədəki demokratik həyata qibtə ilə baxdığını deyən Arsalani yasaqlı bir həyatın çox çətin olduğunu deyib: “Türkiyədə hamı istədiyi kimi mahnı oxuya bilər. Kaş ki, İranda da albom çıxara bilsəydim. Sonra da Türkiyədə. Yasaqlı olmaq çox çətindir. Bəlkə Türkiyədə yaşayanlıar bunu başa düşməz. Oxumaq istəyirsiniz, amma oxuya bilmirsiniz”.

Qeyd edək ki, Arsalani peşəkar müğənni olmamışdan əvvəl bölgədəki ənənəvi Azərbaycan musiqisini, saz ifasını öyrənərək solist aşıq olub. Bir çox festival və müsabiqələrdə mükafat qazanan Parisa Arsalani Bakı Dövlət Konservatoriyasında da maqistr təhsili alıb (ans press).