Diktatorların payızı

Keçən axşam dünyanın gözü, qulağı Misirdə idi və hamı Hüsnü Mübarəkin istefa vercəyini gözləyirdi. Bunun əksi oldu,  Mübarək səlahiyyətlərindən əl çəkib yenə də prezident qalmaq yolunu seçdi.
Bu günsə Hüsnü Mübarək istefa verdi.
Misir xalqı qalibdir…
Bu diktatorluğun bütün dünyanın gözü qarşısındakı payızıdır, onun qurumuş gövdəsi artıq yarpaqlarını tökməyə başlayıb və nə qədər dirənsə də bu kötük indiki çürük halı ilə yerində qala bilməyəcək.
Keçən axşam ən sadə və Misirdən uzaq yaşayan insanlar belə Mübarəkin hələ də dirənməsini, milyonların səsini eşitməmək istəməyib postuna sarlmasını qəzəblə qarşıladı, buna səbəb də əslində Misir insanın dirənişi idi. Dünən açıqlamasında ABŞ prezidenti Obama “əslində biz yeni bir tarixin şahidləriyik və Misirdə olanlarla yeni bir başlanğıcın başlamasının şahidi oluruq” dedi. Bu həm də o anlama gəlir ki, “Misirdə sabitlik var” deyib oradakı rejimlə sıx əlaqədə olan Qərb dövlətləri belə bu gün Misir xalqının dirənişi ilə öz yanaşmasını dəyişmək zorunda qaldı. Bir az əvvəl belə bir dəyişiklərin sözdə olacağını gərginliklər qarşılaya biləcək qüvvələr artıq Təhrir meydanındakı insanların nəbzini tutmağa çalışdı, hətta onların yaratdığı tarixə şahidlik etdiyini dilə gətirdilər. Mübarəkin diktator olduğunu bildiyi halda susan dünyadan   “get” tələbi vardı və Misir prezidenti əslində indi dünyanın ən çox qəzəbə tuş olan insanı kimi dəyərləndirilə bilər.
Misirdə diktaturanın payızı yaşanarkən daha bir həqiqət ortaya çıxdı. Misirdə xalq hərakətının başladığı ilk günlər Qərb dövlətlərinin reaksiyaları, ehtiyatlı bəyanatlarını yəqin ki, hamı xatırlayır, “reformlar olmalıdır, islahatlar aparılmalıdır” kimi laqeyid və yatışdırmaya yönəlmiş bəyanatlar Misir xalqını ruhdan salmadı və başlanğıcda heç bir dəstəyə sahib olmayan misirlilər indi dünyanın dəstəyini qazanmış, qalib durumundadır. Demək ki, xalq kiminsə ona dəstək olacağını gözləməməlidr, əksinə bu dəstəyi almaq üçün bütün lazımı mücadiləni verməlidir.Misir xalqının dirənişi onu sübut etdi ki, dünyanən dəstəyini almış qüvvələr, diktatorlar belə bu dəstəkdən məhrum ola bilir, əsas olan xalqın dirənişidir.
Misir inqilabı və Mübarəkin dünənki aman diləyirmiş kimi etdiyi çıxışı, sonda istefa verməsi onu da göstərdi ki, qılıncının dalı, qabağı kəsən diktatorlar, zorla hər şeyi əzib istədiyi formaya sala biləcəyini, ya da xalqın dürənişini qırmaqla hər şeyə nəzarət edəcəyini düşünən, bütün müxalif düşüncəni məhv edən, eyni zamanda öz ölkəsinin insanına qənim kəsilən rejimlər geç-tez itilədiyi qəzəblə üz-üzə qalır. Çünki Misir xalqı da bu əzilmə, aşağılama, haqsılıqlardan keçmişdi və yəqin ki, bu  ölkəni yönətənlər də bütün diktatorlar ki, “əzəcəyik” düşüncəsi ilə etmişdilər bütün etdiklərini…
Amma bu gün “əzəcəyik” düşüncəsini ayaqları altına alan kütlələrin qarşısında aman diləyən, “Tanrı qarşısında sizə söz verirəm” deyib az qala yalvaran bir diktatorun sonunu gördük.
Misir doğurdan da yeni, xüsusilə Şərqdə yeni bir dönəmin başlanğıcını qoydu, düzdür, bundan öncə Tunisdə inqilab baş verib və elə Misir inqilabı da bunun uzantısıdır, amma Misirdəki hadisələrin uzanaması, diktatorun dirənməsi, əvvəl islahatlat istəyən dünyanın eynən Təhrir meydanında toplaşan insanlar kimi Mübarəkin getməsini istəməsi onu sübut etdi ki, bu artıq qarşısı alınmaz bir prosesdir və bu prosesin Azərbaycana təsiri qaçınılmazdı. Çünki bütün diktatura rejimləri bir-birinin eyni olduğu kimi onların süqutu da bir-birinə bənzəyir və bu eyniyyətdən dolayı Azərbaycan bundan yayına bilməz.
Qəribə olan bir də odur ki, bütün diktatorlar süqutla üz-üzə dayananda islahatlardan, insanların tələblərinin haqlı olduğundan danışırlar, anlamaq, qəbillanmaq istəmirlər ki, 30-20 il ərzində əzdikləri xalq onlara inanmır.
Eynən Azərbaycanda güya ki, hakimiyyətin rüşvətə qarşı az qala müharibə etməsinə  insanların inanmadığı kimi…
Bir də bütün diktatorlar sonda xalqının qəzəbi ilə üz-üzə qalıb ən aşağılanmış durumda ölkəsini tərk etməli olur…
Başqa nümunə bilən varmı?