Bir qrup hüquq müdafiəçisi, ictimai fəal və sənət adamı Azərbaycan Kinematoqrafçılar İttifaqına və onun sədri Rüstəm İbrahimbəyova təzyiqi pisləyən bəyanat yayıb. Bəyanatda deyilir ki, İbrahimbəyov bir neçə ildir Azərbaycanın ən tanınmış ziyalılarından biri kimi hakimiyyətin yürütdüyü siyasəti və məmurların fəaliyyətini tənqid edir, son dövrlərdə bu tənqidlər bir az da kəskinləşib və artıb: “Məhz tənqidlərin artması və xüsusilə seçkilərlə bağlı açıqlamaların verilməsi nəticəsində ona və onun rəhbərlik etdiyi vətəndaş cəmiyyəti təşkilatına basqılar da genişlənib.
Biz bəyan edirik ki, Kinematoqrafçılar İttifaqına açılan cinayət işi və ittifaqın ofisdən çıxarılması, o cümlədən İbrahimbəyovun özünə qarşı yönəlmiş addımlar qanunsuzdur və birbaşa olaraq İbrahimbəyovun tənqidi fikirləri ilə bağlıdır. Hesab edirik ki, Azərbaycan hakimiyyəti onu tənqid edən səsləri boğmamalı, əksinə, tənqidlərdən nəticə çıxarmalıdır.
Biz Azərbaycan hakimiyyətindən Kinematoqrafçılar İttifaqına və onun sədrinə təzyiqlərə son qoymağı, ölkə konstitusiyasında və Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərdə təsbit edilmiş birləşmək və ifadə azadlıqlarına hörmət etməyi tələb edirik”.
Bəyanatı bu şəxslər imzalayıb:
Rəşid Hacılı, Media Hüquqları İnstitutu
Rəsul Cəfərov, İnsan Hüquqları Klubu
Leyla Əliyeva, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi
Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
İlqar İbrahimoğlu, Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi
Mirvari Qəhrəmanlı, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi
İradə Cavadova, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi
Ziya Quliyev, Hüquqi Təşəbbüslər Mərkəzi
İntiqam Əliyev, Hüquq Maarifçiliyi Cəmiyyəti
Leyla Yunus, Sülh və Demokratiya İnstitutu
Firudin Allahverdi, bəstəkar
Elmir Mirzəyev, bəstəkar
Rəhman Bədəlov, kulturoloq
Zəfər Quliyev, politoloq
Camal Əli, musiqiçi
Gündüz Ağayev, karikaturaçı
Tora Ağabəyova, rəssam
Tural Hacı, foto/video qrafikaçı
Aynur Zərrintac, bloqçu
İlkin Qəmbər, “Minval.az” portalının baş redaktoru.