Minval.az saytının əməkdaşları İsmayıllının məşhur İvanovka kəndində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun malikanəsi aşkarlayıblar. Malikanə molokanlar üçün müqəddəs yerdə tikilib. Əvəllər buralar yerli əhalinin gəzinti yeri olsa da, Füzuli Ələkbərov dəbdəbəli villa tikdikdən sonra əraziyə heç kim buraxılmır. Ərazi kifayət qədər böyükdür: dağ, tərə və dağın arxasında düzəngah. Tikanlı məftillərlə əhatələnən və mühafizə olunan villaya yaxın düşmək mümkün deyil.
“İndi ora keçmək mümkün deyil”, – yerli sakinlər bildiriblər: “Tikinti başlayanda keçmiş sədrimiz əmin edirdi ki, mehmanxana tikilir. Amma sonra aydın oldu ki, o bizə yalan danışıb və mehmanxana əvəzinə Füzuli Ələkbərov üçün dəbdəbəli malikanə tikilir”.
Yeri gəlmişkən, Minval.az-ın əməkdaşları indiyədək mətbuata yol tapmayan maraklı məlumatlar da əldə ediblər. Sən demə, nazirin oğlu Vüqar Ələkbərov hər dəfə İvanovkaya gedəndə özünü çox lovğa aparır. O, maşınını küçədə diaqonal vəziyyətdə saxlayır və yoldan keçənlərə mane olur. Dostları ilə yeyib-içmək istəyən Vüqar Ələkbərov restorandakı digər müştərilərin oranı tərk etməsini tələb edir. Çünki orada hər şey Ələkbərovlarındır. Ona görə də, ivanovkalılar yanvarın 24-də İsmayıllı şəhərində baş verən hadisələri və Vüqar Ələkbərovun növbəti ədəbsizliyinin sakinlərin üsyanına səbəb olmasını təbii qarşılayırlar.