Əkrəm Əylisli ilə bağlı qalmaqal Türkiyə mediasında

Türkiyənin məşhur nəşrlərindən olan “Milliyet” qəzeti 4 fevral sayında Azərbaycanda yazıçı Əkrəm Əylislinin “Daş yuxular” romanına görə hədəfə alınmasından yazıb. “Orxan Pamuk kimi Nobel peşindəsən” başlıqlı məqalədə yazılır ki, Azərbaycanın öndə gedən ədəbiyyat adamlarından 75 yaşlı Əkrəm Əylisli son əsəri ilə ölkəsində böyük dartıçma yaratdı. Rusiyanın “Drujba narodov” ədəbiyyat dərgisində dekabrın ortalarında dərc olunan “Daş yuxular” romanı erməniləri ələ alarkən rəsmi təbliğatla uyğun gəlmədiyi üçün yerdən-yerə vuruldu.
Qəzet daha sonra “Daş yuxular”ın əsas qayəsi haqda qısa məlumat verir və Əkrəm Əylislinin evinin önündə keçirilən aksiya, “alnına xaç çəkilmiş rəsmilərinin yandırılıdığı”, Milli Məclisdə onla bağlı müzakirə və əleyhinə ağır ittihamların səslənməsi haqda yazır.
“Əsərin baş qəhrəmanının “Allahdan ermənilərə etdikləri üçün müsəlmanları bağışlamasını” istəməsi və 1992-dəki Xocalı qətliamına toxunulmaması təpkiləri körüklədi. İqtidar partiyasından deputat Mübariz Qurbanlı “Bəlkə də Orxan Pamuk kimi Nobel mükafatı almaq, xalqının tarixini təhrif edərək bəzi insanları məmnun etmək istəyir” dedi”, – deyə “Milliyet” məlumat verir.
Qəzet həmçinin, Əkrəm Əylislinin mövqeyinə də, “Azadlıq” radiosundakı çıxışına istinadla, yer verib.