hesenkerimovgorush

Həsən Kərimov Türkiyədə mühüm görüşlər keçirib

hesenkerimovgorushAXCP Ali Məclisinin sədri AKP və MHP-dən olan millət vəkilləri ilə görüşüb

Səhhətindəki problemlərlə bağlı bu günlərdə Türkiyəyə müayinə olunmağa gedən AXCP Ali Məclisinin sədri Həsən Kərimov qardaş ölkədə bir sıra mühüm görüşlər də keçirib. H.Kərimovu müayinə edən həkimlər onun səhhətindəki problemlərin aradan qaldırılması üçün yeni müalicə kursu təyin ediblər. Və bu kursu yenidən keçməsi üçün H.Kərimov bir neçə ay sonra yenidən Türkiyəyə qayıtmalıdır. Bu barədə o özü “Azadlıq”a bildirib.
AXCP Ali Məclisinin sədri fürsətdən istifadə edərək Türkiyənin paytaxtı Ankarada bir sıra əhəmiyyətli görüşlər keçirib. H.Kərimov Türkiyə Böyük Millət Məclisində AKP Istanbul millət vəkili və Iqtisadi yenidənqurma, nəqliyyat və turizm Komissiyası başçısı Idris Güllücə, MHP qrup başqan  vəkili Mehmet Şandır, MHP Ankara millət vəkili Özcan Yeniçeri, MHP Kayseri millət vəkili Yusuf Halaçoğlu ilə və Məclis Baş katib müavini Heydər Çiftçi ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycandakı son zamanlarda ictimai və siyasi vəziyyət, insan hüquqlarının pozulması, vicdan məhbuslarına qarşı olan qanunsuzluqlar, AXCP-yə və onun sədrinə təzyiqlər, medianın problemləri və bundan başqa, iki ölkə arasında əlaqələr müzakirə olunub. H.Kərimov eyni zamanda yanvarın 19-da Ankarada “20 Yanvar” faciəsi ilə bağlı keçirilən tədbirdə çıxış edib. Tədbirdəki çıxışı millət vəkilləri, siyasilər böyük maraqla qarşılayıb.

Xəyal