Rusiyanı Putinin oxşarı idarə edir? (video)

Rusiyanın sosial şəbəkələrində və bəzi saytlarında Vladimr Putinin 2010-cu ildən sonra olan üz formasının dəyişməsi haqqında müzakirələr gedir.

Bu haqda söz-söhbət hələ 2009-cu ildən başlasa da hələ də onun ətrafında qızğın müzakirələr gedir. Belə ki, 2010-cu ildə Putinin üzündə plastik cərrahiyyə əməliyyatı olması haqqında məlumatlar yayılmışdı. Hətta Ukrayna səfərindən olan fotolarda üzündəki qara ləkənin görüntüləri də dünya mediasında şok yaratmışdı.

Bu müzakirələr əsnasında iki fikir yaranıb. Bir tərəf Putinin sadəcə daha gənc görünməsi üçün bunu etdiyi söyləsə də, digər tərəf indiki Putinin əsl Putin olmadığını iddia edir. Bu fikrin tərəfdarları Putinin öldüyünü, amma hakimiyyətin əldən verməmək üçün onun oxşarıyla əvəz edildiyini söyləyirlər. Bəzi müxalifət düşərgələri də bu fikri paylaşır və müdafiə edir.

Putinin öldüyü haqqında başqa bir sübut kimi isə onun həyat yoldaşının və ailə üzvlərindən kiminsə televiziyalarda görünməməsini göstərirlər. Lüdmila Putin öncələr Vladimr Putinlə yan-yana görünürdüsə, 2009-cu ildən sonra onu televiziyalarda görmək mümkün olmadı. L.Putin bir də keçən il Rusiyadakı prezident seçkilərində göründü.

İkinci tərəf öz fikirlərinin haqlı olduğunu sübut etmək üçün bu haqda videolar belə hazırlayıb. Videolarda Putinin dəyişdirildiyini sübut etmək üçün onun 2009-2010-cu illərdəki fotolarıyla indiki fotolarını qarşılaşdırıb müqayisə edirlər.