diaspora-emblem

Hökumətin Ukraynadakı diaspor təşkilatı da parçalandı

diaspora-emblemRusiyadakı azərbaycanlı milyarderlər isə partiyada birləşir

Söyün Sadıqovun təsis etdiyi Milli Vahid Rusiya Partiyası gücləndirilir

Ukraynadakı Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) bir qrup ayrılaraq Rusiyada yaradılan Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqının (RATI) analoqu olan Ümumukrayna Azərbaycan Təşkilatı Ittifaqı (ÜATI) yaradıblar. Mənbənin dediyinə görə, artıq təşəbbüs qrupu sənədləri qeydiyyatdan keçirmək üçün Ukrayna Ədliyyə nazirliyinə təqdim edib.
Yeni yaranan qurumun rəhbərlərindən biri olan Xəqani Qasımovun verdiyi məlumata görə, Ədliyyə nazirliyində ÜATI-nin qeydiyyat məsələsində problem yaşanmayacaq.
Başqa bir xəbərə görə, Azərbaycan iqtidarının yaratdığı  UAK-ın əksər vilayət şöbələri artıq ÜATI-nin sıralarına qoşulmaq barədə ilkin razılıq veriblər. Mənbənin dediyinə görə, yeni quruma qoşulanların əksəriyyəti Ukraynada imkanlı azərbaycanlılardır.
Xatırladaq ki, Diasporla Iş üzrə Komitəsinin sədri Nazim Ibrahimov bir qədər əvvəl bildirmişdi ki, əgər Ukraynada bir qrup azərbaycanlı başqa bir qrup azərbaycanlı ilə heç bir halda yola getmirsə, birgə olmaq istəmirsə, orada iki təşkilatın olması daha sərfəlidir. Görünür, Nazim Ibrahimov nədənsə duyuq duşubmüş və bu da əsassız deyilmiş.
Dünən başqa bir maraqlı məlumat da almışıq. Həmin məlumatda bildirilir ki, “Milyarderlər Ittifaqı”nda təmsil olunan nüfuzlu azərbaycanlılar (Rusiya vətəndaşı olanlar)   “AzərRoss”un keçmiş prezidenti Söyün Sadıqovun təsis etdiyi Milli Vahid Rusiya Partiyasına üzv yazılıblar.