Avropada yaşayan siyasi mühacirlər İsmayıllı olayları və 26 yanvar aksiyası ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
İllərdir ki, hakimiyyəti qəsb etmiş bir qrup şəxs növbəti dəfə vətəndaşların Konstitusiyada təsbit olunmuş sərbəst toplaşmaq hüququnu kobud şəkildə pozmuşdur. Azərbaycan dovlətinin beynəlxalq təşkilatlar qarşında üzərinə götürdüyü öhdəliklərə zidd olaraq demokratik qüvvələrin keçirdiyi etiraz aksiyasının iştirakçılarına qarşı polis və hərbiləşmiş qüvvələr kobudluqla zor tətbiq etmişlər. Yüzlərlə fəal həbs edilərək polis bölmələrinə aparılıb, bir çoxları polis bölmələrində polislər tərəfindən vəhsicəsinə döyülüb, fiziki təyziqlərə məruz qalıblar.Aksiya iştirakcılarının bir qismi inzibati həbs cəzasına məhkum edilib. Bir qismi isə qanunsuz olaraq cərimələnmişdir. Bununla belə yenə də saxta ittihamlarla insanlar polis bölmələrinə çagrılır, onlar haqqında inzibati qaydada həbs tədbirləri həyata kecirilir. Baş verənlər Azərbaycanda sözün əsl mənasında 37-ci il davam etdiyinin bariz nümunəsidir.
Avropada fəaliyyət göstərən təşkilatlar olaraq, bütun bu neqativ halları qətiyyətlə pisləyirik və Azərbaycan hökumətindən bunları tələb edirik:
1) Azərbaycan dövləti beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etsin, Konstitusiya və qanunların kobud surətdə pozulmasına son qoyulsun,
2) Siyasi əqidəsinə görə qeyri-qanuni olaraq həbs olunan insanlar dərhal azadlı0ğa buraxılsın və aksiya iєtirakçılarına qarєı zorakılıq edənlər cəzalandırılsın.
3) Siyasi partiyaların normal fəaliyyət göstərməsi üçün lazımi şəraiti yaradılsın.
4) Korrupsiya və rüşvəti özünə həyat tərzi seçən məmurlar haqqında ciddi tədbirlər görülsün.
Eldəniz Yusibov – Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqı; Hollandiya
Rəєad Sadıqov – Odlar Yurdu Təєkilatı; Hollandiya
Fikrət Hüseynli – Yeni Müxalifət Hərəkatı: Hollandiya
Əsəd Qasımov- Flevoland Azərbaycanlıları Cəmiyyəti; Hollandiya
Telman Kazimov – Haqq-Ədalət Təşkilatı; Hollandiya
Samit Məmmədli – Nederland Azərbaycan Kültür Mərkəzi;Hollandiya
Azər Ramizoglu -Azərbaycanda Demokratiyaya Dəstək Komitəsi;Hollandiya
Əli Hacılı- Azeriunited Təşkilatı; Hollandiya
Ilham Həsən – Franktfurt Azərbaycan cəmiyyəti; Almaniya
Intiqam Məmmədov – Dusseldorf Azərbaycan cəmiyyəti; Almaniya
Yusif Abulov – Mayniz Azərbaycanlıları Cəmiyyəti; Almaniya
Azer Rövşən-Hamburq Azərbaycan Cəmiyyəti: Almaniya
Sərdar Ağayev – “Xəzər” cəmiyyəti; Isveç
Firidun Ələsgərli “Birlik” Cəmiyyəti: Isveç,
Əli Ağayev – “Prometey” təşkilatı; Isveç
Teymur Eminbəyli – Bütöv Azərbaycan Təşkilatı; İsveç
Isa Sadıqov – “Odlar Yurdu” təşkilatı; (ehtiyatda olan polkovnik): Norveç