Ərdəbildə ilk dəfə Azərbaycan türkcəsində milli “Ayələr, vəhy və Quran şerləri” festivalı keçirilir. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, festivalda Şərqi və Qərbi Azərbaycan, Həmədan, Qəzvin, Qum və Ərdəbil vilayətlərindən iştirakçılar qatılıblar. Tədbirin katibliyinə təqdim edilən əsərlər arasında seçilən nümunələr mükafatlandırılacaq.