ABŞ Putinin münaqişəni dondurmaq təklifini rədd edib

Birləşmiş Ştatlar Rusiya prezidenti Vladimir Putinin Ukraynada münaqişənin dondurulması məqsədilə atəşkəs təklifini rədd edib.

Bu barədə məlumatı Rusiyada bu müzakirələrlə tanış üç mənbəyə istinadla Reuters agentliyi verib.

Mənbələrin verdiyi məlumata görə Kreml Ukraynadan işğal etdiyi ərazilərin heç birini boşaltmadan hərbi əməliyyatların indiki təmas xətləri boyunca dayandırılmasını təklif edib.

Rusiya mənbələrinin məlumatına görə 2023-cü ildə Putin fərdi qaydada Moskvanın Yaxın Şərqdə, ərəb dünyasındakı partnyorlarının araçıları vasitəsilə Vaşinqtona Ukraynada atəşkəsə hazır olduğunu bildirib.

Rusiyanın 2023-cü ilin sonları və 2024-cü ilin əvvəllərində aparılan danışıqları ilə tanış yüksək vəzifəli rəsmilərindən biri adının çəkilməməsi şərtilə deyib ki, “amerikalılarla təmaslar heç bir nəticə verməyib”.

Azadlıq radiosu