Brüsseldə yerləşən Şərq Tərəfdaşlıq Proqramı Vətəndaş Cəmiyyəti Forumu İsmayıllıda baş verənlərlər bağlı bəyanat yayaıb. Forumun İdarə Heyətinin imzaladığı bəyanatda deyilir:
İsmayıllı rayonunda etiraz edən üsyançılarla təhlükəsizlik qüvvələri arasında son qarşıdurmalar Azərbaycanda seçki ilində siyasi və sosial gərginliyin artmasından xəbər verir. Azərbaycanda etiraz edənlərin həbs edilməsi və cərimələr Şərq Tərəfdaşlıq Proqramı Vətəndaş Cəmiyyətinin İdarə heyəti tərəfindən Brüsseldə müzakirə olunub. İdarə heyətinin üzvləri Avropa Birliyi Şərq Tərəfdaşlıq Proqramının üzvü olan Azərbaycanda siyasi və sosial vəziyyətin gərginləşməsi ilə əlaqədar öz dərin narahatlığını ifadə edir.
İdarə heyəti Azərbaycan hökumətini siyasi azadlıqlar və vətəndaş azadlıqlarına, o cümlədən sərbəst toplaşma və ifadə azadlığına hörmətlə yanaşmağa çağırır. İdarə heyəti Azərbaycan hakimiyyətini sosial etirazlara səbəb olan, geniş yayılmış korrupsiya ilə mübarizə aparmağa və müxalifət partiya və təşkilatları ilə dialoq aparmağa çağırır. Gəlirlərin ədalətli bölgüsü aparılmalı, sahibkarlıq və mülkiyyət hüquqları bərpa edilməli və bu ilin payızında keçiriləcək seçkilərin ədalətli və azad şəkildə təşkil edilməsi üçün siyasi islahatlar aparılmalıdır. Biz beynəlxalq ictimaiyyəti, o cümlədən Avropa Birliyini ölkədə vəziyyətə nəzarət etməyə və Azərbaycan hakimiyyətini yaranmış münaqişələri dinc yolla həll etməyə çağırırıq.
Brüsseldən İsmayıllı bəyanatı
•