Su haqqında nə bilirik?

• Su yeganə nemətdir ki, üç – bərk, maye və qaz formasına malikdir Alimlər bu fikrin əksinə olaraq suyun maye halında 5, bərk halda isə 14 halını fərqləndirirlər.
• Su Günəşdən də qədimdir. Alimlər suyun yer üzündə kosmosdan peyda olduğunu irəli sürürlər. 4,5 milyard il əvvəl buzla zəngin olan kometalar planetimizlə toqquşub və “yaş izlərini” onun üzərində qoyublar. Bu fenomen kometaların bombardmanı adlanır.
• Qanımızın 92 faizi sudan ibarətdir. İnsan beyninin 75, sümüklərinin isə 22 faizini də su təşkil edir. Əgər insan bədənindəki suyun 2 faizini itirirsə, o zaman susuzluq hiss edir. İtki 6-8 faiz arası olanda bədbin əhval-ruhiyyə, 10 faizə çatanda qallusinasiya halı yaşanır. 12 faizdə isə ölüm baş verir.
• Suyun planetimizin böyük hissəsini əhatə etməsinə baxmayaraq, bütün su ehtiyatların 97%-i dənizlərdə və okeanlardadır, yəni duzlu sudur. Qalan 3%-dən 2%-i buzlaqlarda və ya yer altında olduğu üçün əlçatmazdır. Buna görə də biz suyun yalnız 1%-ni içmək üçün istifadə edə bilirik.
• Yer kürəsində təxminən 1,5 milyard kub kilometr su var. Bu, təxminən 800 trilyon olimpiya hovuzudur. Yer mantiyasının tərkibində okeanlardan 10-12 dəfə çox su var.
• İnsan hər nəfəs verdikcə və tərlədikdə müəyyən miqdarda suyu buxarlandırır. Tipik olaraq, suyun buxarlanması gündə təxminən 2 litrdir, lakin isti havalarda və aktiv idman zamanı bu rəqəm 4-5 litrə çatır!
• Ən böyük su buxarı buludunu NASA alimləri Yerdən 12 milyard işıq ili uzaqlıqda olan qara dəliyin yaxınlığında aşkar ediblər. Onun tərkibində dünya okeanlarından 140 trilyon dəfə çox su var.
• Günəşdə də su var və o qədər su var ki, hər gün Günəş işığı onun təxminən bir trilyon ton həcmini yandırır.
• Yer kürəsində təxminən 1 milyard insanın təmiz, içməli suya çıxışı ümumiyyətlə yoxdur. Son 50 ildə dünyada suya çıxışla bağlı 507 münaqişə baş verib. Onlardan 21-i hərbi əməliyyatlarla başa çatıb.
• UNESCO-ya görə, ən təmiz su Finlandiyadadır.
• İsti su soyuq sudan daha tez donur və buza çevrilir. Bu fenomen üçün hələ də heç bir izahat yoxdur.
• Mayelərin çoxu dondurularkən həcmi azalır, su isə əksinə , genişlənir.
• Dünyada xəstəliklərin 85%-ə yaxını su vasitəsilə ötürülür
• Əgər bütün buzlaqlar ərisə, onda planetimizdə suyun səviyyəsi 64 metr yüksələcək və bütün quruların təxminən 15%-i su altında qalacaq.
• Dəniz suyu çox qidalı bir maddədir. 1 kubmetr dəniz suyunda təxminən 1,5 q protein və digər maddələr var. Alimlər hesab edirlər ki, təkcə Atlantik Okeanında bütün quruda ildə 20 000 məhsulun qida dəyəri var.
• Su olmadan beyin funksiyalarını yerinə yetirmək üçün güc və enerji olmayacaqdır. Buna görə də imtahandan əvvəl şokolad yeməkdən çox su içmək daha vacibdir.
• Su ən yaxşı sakitləşdiricidir. Stress anlarında ən yaxşı həll yolu dənizə, çaya, gölə getmək və ya ən azından fəvvarənin yanında oturmaqdır. Suyun səsi beynin zehni və emosional stressdən xilas olmasına kömək edir.
• Bir stəkan qazlı sudan sonra 30 stəkan adi su içmək lazımdır ki, orqanizmdəki turşu-qələvi balansı bərpa olunsun.
• Su ürəyimiz üçün faydalıdır. Gündə ən azı 5 stəkan su içmək infarkt keçirmə riskinizi 41% azalda bilər! Bu elmi cəhətdən sübut edilmişdir.

P.S Yazı Elşad Səfərovun Facebook səhifəsindən götürülüb