ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun (ISW) ekspertləri Ukrayna müharibəsi meydanındakı vəziyyət barədə son hesabatlarında yazırlar ki, Rusiya qüvvələri Avdeyevka istiqamətində irəliləyərək dəmir yolunun arxasındakı Stepnoye kəndi həndəvərində mövqeləri ələ keçiriblər.
Bununla yanaşı ISW Qərbin Kiyevə yardımının dayanacağı təqdirdə Rusiyanın bütün Ukrayna ərazisini işğal edəcəyi halda nələrin ola biləcyinin hipotetik ssenarisini verib.
Ekspertlərin fikrincə bu halda Rusiya Ukraynanın qərbində – Polşa, Slovakiya, Rumıniya və Macarıstanla sərhəddə hərbi bazalar qura bilər.
Bu, Moskvaya 1-ci tank ordusu da daxil, əhəmiyyətli ehtiyatlarla dəstəklənən ən azı 8 diviziya ilə NATO-ya üzv bir və ya bir neçə ölkənin üzərinə mexanikləşdirilmiş hücum həyata keçirmək imkanı verərdi.
Azadlıq radiosu