Hafiz Babalı “Abzas Media” əməkdaşlarına qarşı cinayət işi üzrə saxlanılıb

Jurnalist Hafiz Babalı “Abzas Media” nəşrinin əməkdaşlarına qarşı cinayət işi çərçivəsində saxlanılıb, bu barədə Turan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı  İbrahim Əmiraslanlı bildirib.

Yada salaq ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları dekabrın 13-də “Turan” agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Babalı saxlayıblar.

Bunun ardınca  jurnalistin mənzilində axtarış aparılıb, kompüteri, mobil telefonu və sənədləri götürülüb.

Babalı korrupsiya ilə bağlı jurnalist araşdırmaları ilə tanınır.

Noyabrın 20-dən sonrakı dövrdə “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı və müxbir Nərgiz Absalamova saxlanılıb. Onlar “xarici valyuta qaçaqmalçılığı” maddəsi ilə ittiham olunurlar. 

Turan