Bununla bağlı facebook sosial şəbəkəsində elan da verilib. Gənclər aksiyanın siyasi xarakter daşımadığını və heç bir təşkilat tərəfindən təşkil olunmadığını bildiriblər. “Silahları üstümüzdən çəkin” şüarı adı altında yanvarın 26-ı saat 15:00-da başlayacaq aksiyada bu saata olan nəticəyə görə 1000 nəfərdən çox şəxs iştirak edəcəyini elan edib.
Gənclər Binə ticarət mərkəzində və İsmayıllıda baş verən olaylarda polisin rezin güllələrdən, gözyaşardıcı qazlardan istifadə etməsinə etiraz edəcəklərini deyirlər.
Aksiya Fəvvarələr Meydanına təyin edilib.


