Avropalı deputatlar İranda yaşayan azərbaycanlılara dəstəyə çağırdılar

Avropa Parlamentinin bir qrup deputatı İranda yaşayan azərbaycanlıların duskriminasiyasina qarsı Avropa İttifaqının ciddi tədbirlər görməsinin vacibliyi ilə bağlı Xarici Əlaqələr naziri Borrellə müraciət ünvanlayıblar.
Müraciətdə bildirilir ki,İranda yaşayan 30 milyon azərbaycanlı bir xalq olaraq təhlükədədirlər.Rejim onların “farslaşdırılması” siyasətini aparır.
Müraciətin tam mətnini təqdim edirik

AVROPA PARLAMENTİ
Brüssel, 14 noyabr 2023-cü il
İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin diqqətinə

İranda azlıqlara qarşı gündəlik insan haqlarının pozulması diqqətdən kənarda qalmamalı bir problemdir.
Fars etnik çoxluğu güvü və nəzarəti saxladığı halda, etnik azlıqlar mədəni, linqvistik , iqtisadi, siyasi və ekoloji ayrı-seçkiliyə məruz qalırlar. İranda ən böyük etnik qruplar farslar, azərilər, kürdlər, ərəblər, bəluclər və türkmənlərdir. Azərbaycanlılar təxminən 30 milyon insanla ən böyük azlığı təşkil edir və İran
onların milli kimliyini və mədəniyyini silib “fars” etməyə çalışır.

İranda azlıqlar, xüsusən də azərbaycanlılar bir çox fərqli tip ayrı-seçkiliklə üzləşirlər.

  • Mədəni ayrı-seçkilik: Xalqın milli kimliyinin əsasında duran Azərbaycan dili və mədəniyyəti rejimin əsas hədəfidir. Azərbaycan dilinin heç vaxt rəsmi statusu olmayıb. İran Rejim onun təhsil müəssisələrində istifadəsini qadağan edir.
  • Siyasi ayrı-seçkilik: Azərbaycanlılar hökumətdə və ictimai sektorda az təmsil olunurlar.
  • İqtisadi ayrı-seçkilik: Azərbaycanlılar yüksək səviyyədə yoxsulluq yaşayır,
    Onlar yüksək maaşlı və qərar verici vəzifələrdə az təmsil olunurlar.
  • Ekoloji ayrı-seçkilik: İran-Azərbaycan sərhədi boyunca axan Araz çayının çirklənməsi çay suyundan asılı olan azərbaycanlılar arasında xərçəng xəstəliyinin artmasına səbəb olub. Lakin problem hökumət tərəfindən susduruldu.

İran rejimindən etnik azlıqlara qarşı təzyiqləri və zülmü dayandırmağı tələb edirik.
Biz Ali nümayəndəni İran rejiminin azərbaycanlı azlıqların tarixi, siyasi və mədəni irsini silmək siyasətini dayandırmaq üçün açıq siyasət yürütməyə çağırırıq.
Avropa Parlamentinin üzvləri
Ester de Lange
İzabella Adinolfi
Gianni Gancia
Gabriel Mato
Alessandra Mussolini
Françeska Pepuççi
Lusia Vuolo
Stefania Zambelli
Xavier Zarzalejos