ismayilli-usyan2

Hakimiyyət bir rayona müharibə elan etdi (FOTOLAR/VİDEO)

ismayilli-usyan2Etiraza qalxan İsmayıllı camaatı qəddar rejimə dirəniş göstərir

Əhaliyə qarşı səs bombaları və qazdan istifadə olundu; həbs edilənlərin sayı bilinmir

23.30

İnsanlar yenidən küçələrə çıxıb və etiraz aksiyası yenidən davam edir. Bu barədə əməkdaşımız Ramin Deko məlumat verib. Rayon sakinləri insanların qorxu içində olduğunu deyir. “Bizi asıb-kəsən yoxdur, amma etirazlar küçədə davam edir”, – deyə şəhərlərindən biri əməkdaşımıza bildirib. Onun sözlərinə görə, evlərdə insanlar qorxu içərisindədir: “yatmırıq, yorğana bürünüb oturmuşuq”. R.Dekonun verdiyi  məlumata görə, 5-6 nəfərlik qruplar şəhərin küçələrində, orda-burda toplaşır. Onun sözlərinə görə, etirazçılar arasında belə bir məlumat yayılıb ki, təkrar yürüşlər gözlənilir. Etirazçıların İcra Hakimiyyəti binasına doğru yürüş cəhdlərinin qarşısı alınıb və ora gedən əsas yollar kəsilib, orada betonlar və ağır plastik borulardan baryerlər qoyulub. Şəhər sakinləri deyir ki, bu olaylarda xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib. 

21.50

Əməkdaşımız Ramin Dekonun verdiyi xəbərə görə, daxili qoşun əsgərləri etirazçıların üzərinə amansız hücuma keçərək onları dağıdıb və vəziyyətə nəzarəti ələ alıblar. Bir müddət nisbi sakitlik hökm sürüb. Bu dəqiqələrdə isə əhalinin yenidən etiraz yürüşü başlayıb. Etirazçı insanlar İH0in binası yaxınlığına toplaşırlar.

Əhali icra başçısı Nizami Ələkbərovun, onun qardaşı, əmək və əhalinin sosial müdafiəsi naziri, rayonun qeyri-rəsmi kuratoru Füzuli Ələkbərovun, rayon prokuroru və başqa vəzifəlilərin istefasını, rayonda özbaşınalığa son qoyulmasını, hadisələr zamanı həbs edilənlərin azad olunmasını tələb edir.

20.55

Əməkdaşlarımız xəbər verir ki, İH binasını mühasirəyə alan polis və təhlükəsizlik qüvvələri “qarşı cəbhədə” duran dinc sakinlərə qarşı həlledici hücuma keçib. Bütün arsenalını işə salan təhlükəsizlik qüvvələri insanları amansızlıqla döyüb dağıdıtmağa çalışıblar. Toqquşma zamanı 30-40 nəfər dinc sakin vəhşicəsinə döyülüb və həbs edilib. İnsanlar arasında ciddi xəsarət alanlar var. Bununla belə insanlar dağılışmır. Etirazçılara yeni dəstələr qoşulur.

20.20

Polis və təhlükəsizlik qüvvələri barrikadalar qurub dayanan etirazçı xalq kütləəlrinə doğru bir neçə metr irəliləyib. Etirazçılar isə barrikadaların önündə maşın təkərləri yandırarıb, “Azadlıq”, “İstefa” şüarları qışqırır, tələblərini səsləndirirlər.

20.10

İsmayıllıda ezamiyyətdə olan əməkdaşımız RAmin Deko xəbər verir ki, gözyaşardıcı qazdan boğulanlar var. Polis və təhülkəsizlik qüvvələri boğulanların köməyinə gələn təcili tibbi yardım briqadalarını əraziyə buraxmayıblar. Lakin həkimlərin təkidi və boğulanların ölə biləcəyi xəbərdarlığından sonra onları aksiyaçıların olduğu tərəfə buraxıblar.

Əhali isə polis və təhlükəsizlik qüvvələri ilə öz aralarında barrikadalar qururlar. Təhlükəsizlik qüvvələri etiraza qalxan əhalini İH-in binası pnünə buraxmamaq üçün səfərbər olunub. Əhali isə geri çəkilmir və barrikadalar qurur.

Rayondan aldığımız başqa bir məlumata görə, hadisələr zamanı həbs olunanlardan 20 nəfər rayondan çıxarılaraq Göyçaya aparılır.

19.35

Əməkdaşımız Ramin Deko bildirir ki, rayonun əksər hissəsində işıqlar söndürüldüyündən küçələrdə nə başverdiyini aydın müşahidə etmək olmur. Bununla belə, səs bombalarının, gözyaşardıcı qazların və rezin güllələrin atıldığı aşkar hiss olunur. Əhali polis və təhlükəsizlik qüvvələrinin zorakılığına baxmayaraq müqavimət göstərir və dağılışmır.

Bölgə müxbirimiz Elçin İsmayıllı xəbər verir ki, kəndlərdən axışan insanların hesabına etirazçıların sayı durmadan artır. Artıq İH binasına doğru minlərlə insanın yürüş etdiyi deyilir.

19.20

İsmayıllıda ezamiyyətdə olan əməkdaşımız Ramin deko xəbər verir ki, rayonda etiraz aksiyasının növbəti dalğası başlayıb. Bu dəqiqələrdə yüzlərlə rayon sakini İH binasına doğru yürüş edib. Polis və təhlükəsizlik qüvvələri yürüşün qarşısını almaq üçün müqavimət göstərir. Əhaliyə qarşı zor işlədilir. Səs bombaları və gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə olunur. Həbs edilənlər var.

Bölgə müxbirimiz Elçin İsmayıllının verdiyi xəbərə görə, rayon mərkəzinə yaxın Mican kəndindən təxminən 200 nəfər “İstefa” şüarları ilə İH binasına doğru yürüyürlər. Məlumatlara görə, rayonun bir neçə istiqamətindən İH binasına doğru əhalinin axını başlayıb. Polis və təhlükəsizlik qüvvələri insanları binanın yaxınlığına buraxmamaq üçün səfərbər olunublar və zorakılıq işlədirlər.

 

19.50

Əməkdaşımız Ramin Deko xəbər verir ki, rayon sakinləri onlarla maşında İH binasına doğru yürüş edir. Polis və təhlükəsizlik qüvvələri səs bombaları, rezin güllələr və gözyaşardıcı qazdan istifadəni artırıblar. Hadisə yerində olan jurnalistlər qazın təsirindən peşə fəaliyyətlərini normal yerinə yetirə bilmirlər. Əhalini dağıtmaq səyləri nəticə vermir. Xüsusən də maşınlarla yürüş edənlər polsin müqaviməti qarşısında dövrə vurub yenidən irəliləyirlər.

 

İsmayıllıda yanvarın 23-ü axşam saatlarından başlayan və bütün gecəni davam edən xalq etirazından sonra rayonda gərgin atmosfer hökm sürür. Hazırda rayonda ezamiyyətdə olan əməkdaşımız Ramin Deko xəbər verir ki, sakinlər əmək və əhalinin sosial müdafiəsi naziri, İsmayıllının icra başçısı Nizami Ələkbərovun qardaşı Füzuli Ələkbərova məxsus olduğu deyilən və dünən yandırılan “Çıraq” motelinin yaxınlığında yenidən toplaşmağa başlayıb. Daha sonra onlar Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşıb.
Rayonda sayı artırılmış polis qüvvələri ilə yanaşı daxili qoşun əsgərləri də cəmləşib.
Sakinlər İcra Hakimiyyətinin qarşısına toplaşandan sonra ora Bakıdan aparıldığı deyilən Çevik Polis Alayı qüvvələri cəmləşdirilib. Əraziyə suvuran maşın da gətirilib. ÇPA qüvvələrinə rəhbərlik edən zabit əhaliyə səslənərək dağılışmağı, əks təqdirdə zor işlədəcəklərini bildirib.
Gərgin vəziyyət qalmaqdadır. Toplaşan sakinlər İH qarşısından bir qədər geri çəkilsələr də dağılışmaq fikrində deyillər. Əksinə toplaşanların sayı artmaqdadır.
Sakinlər icra başçısının tutduğu vəzifədən azad edilməsini istəyirlər. Onlar bu barədə dünən verilən rəsmi vədəlrin yerinə yetirilməsini gözləyirlər.
Əməkdaşımız xəbər verir ki, sakinlərdən heç kimin həbs edilməyəcəyin haqda dünən verilən vədə baxmayaraq, bu gün bir nəfəri saxlayıblar.
Hadisələrin inkişafını azadliq.az-dan izləyin.

11.10

Əməkdaşımız Ramin Dekonun verdiyi son məlumata görə, etirazçı sakinlərdən azı 6 nəfər həbs olunub. Onlardan birinin adını dəqiqləşdirmək mümkün olub – Fərzalı Əliyev.
İH-in binası qarşısında isə əhalinin etirazları davam edir. Sakinlər “İstefa” şüarı səsləndirirlər. Toplaşanların sayı artmaqdadır.
Rayonda yayılan söz-söhbətə görə, icra başçısı N.Ələkbərov istefa ərizəsini yazıb və Bakıya qaçıb.

***

DİN və Prokurorluğun birgə bəyanatı

DİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib ki, yanvarın 23-də saat 21.30 radələrində İsmayıllı şəhərində “Çıraq” otelinin və 4 ədəd müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Buna səbəb oteldə işləyən Bakı şəhər sakini Emil Şəmsəddinovun şəhərin Nizami küçəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi və onu elektrik dirəyinə çırparaq qəza törətməsi, eyni zamanda, sərnişini, Bakı şəhər sakini Elməddin Məmmədovla birlikdə yaxınlıqdakı VAZ-2107 markalı avtomaşının sahibi, rayon sakini Ramil Bəkirovu döyərək xəsarət yetirmələri olub. Əhalinin sıx olduğu yerdə baş vermiş hadisə yerinə xeyli sayda adam toplaşıb və onlara etirazlarını bildiriblər. E. Şəmsəddinovun yerli sakinləri nalayiq söyüşlərlə təhqir etməsi isə baş vermiş münaqişənin daha da böyüməsinə, nəticədə vətəndaşların oteli və otelin həyətindəki üç müxtəlif markalı avtomobili yandırmalarına səbəb olub.

Bundan sonra destruktiv qüvvələrin təhriki ilə insident iştirakçıları yürüş edərək İcra Hakimiyyəti başçısı Nizami Ələkbərovun oğlu Elxana məxsus evi də yandırmağa cəhd göstəriblər. Rayon Polis Şöbəsi əməkdaşlarının gördüyü qətiyyətli tədbirlər nəticəsində baş vermiş hadisənin daha da genişlənməsinin qarşısı alınsa da həyətdə olan bir ədəd avtomobil yandırılıb.

İnsidentin qarşısı alınarkən üçü polis əməkdaşı olmaqla dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Kütləvi münaqişənin baş verməsinin səbəbkarları Emil Şəmsəddinov və Elməddin Məmmədov tutulublar.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyindən və digər məsul əməkdaşlarından ibarət olan heyət hadisə yerinə gəlib.

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, istintaq aparılır.

***

11.20

Əməkdaşımız bildiri ki, İH binası qarşısına toplaşan əhali dağıtmaq üçün polis və xüsusi təyinatlılar hərəkətə keçib. Cammaata səs bombaları və gözyaşardıcı qazdan istifadə olunur.

11.50

Əməkdaşımız xəbər verir ki, həbs edilənlərin sayının 20-yə çatdığı haqda məlumatlar var. Sakinlər sakitləşmək bilmir, icra başçısının istefası və rayondakı özbaşınalıqlara son qoyulması, saxlanılanların buraxılması tələbilə çıxış edirlər. Polis qüvvələri rayon ərazisinə səpələnərək sakinlərin evlərindən çıxaraq meydanda olan həmyerlilərinə qoşulmalarına imkan vermir. Az qala hər evin qarşısında polis postu qurulub

***

12.30

Əməkdaşımız Ramin Deko xəbər verir ki, hazırda rayonda nisbi sdakitlikdir. Polis və xüsusi təyinatlılar insanları İH qarşısından kənarlaşdırıb, ərazidə ancaq jurnalistlərdir. Rayon mərkəzi və ətraf ərazilər bütövlükdə polis nəzarətindədir. İnsanların evlərindən çıxamalarına və bir yerə toplaşmalarına imkan verilmir.

13.00

Azərbaycan Xalq Cəbhəsi Partiyasının İsmayıllı rayon təşkilatının funksioneri, rayonda fəaliyyət göstərən jurnalist Elçin İsmayıllı İsmayıllıdakı son vəziyyətlə bağlı “Media forum” saytına açıqlama verib.

O deyib: “Vəziyyət ağırdır. Küçə-küçə qarşıdurmalar gedir. Polislər insanların bir yerə toplaşmağına imkan vermir. Əhaliyə qarşı gözyaşardıçı qazdan, su şırnaqlarından, rezin güllələrdən istifadə olunur. Ona görə də insanlar dəstə-dəstə müxtəlif küçələrdə toplanır, etiraz bildirirlər. Etirazçıların sayı 2000-2500 nəfər olar. Hamı rayon mərkəzində toplaşmağa çalışır. Polis bütün dövlət binaları ətrafında barrikadalar qurub.

Qonşu Göyçay, Qəbələ rayonlarından aksiyaya dəstək üçün gəlmək istəyən vətəndaşlar var. Amma polis İsmayıllıya gələn yolları bağlayıb. Bundan başqa, kəndlərdən rayon mərkəzinə gələn yollar da bağlanıb, postlar qurulub. Bütün bunlara baxmayaraq aksiya davam edir. Aksiya iştirakçıları İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefasını tələb edirlər.

Rayon mərkəzinə Daxili Qoşunların xüsusi təyinatlıları yerləşdirilib. Əhali bundan qəzəblənib. Bir neçə nəfəri həbs etmişdilər, əhalinin ciddi narazılığından sonra onları sərbəst buraxıblar. Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin rəisi general Cavanşir Məmmədov da İsmayıllıdadır. Amma rayon rəhbərliyi camaatın qarşısına çıxmır”.

***

Jurnalistlər icra hakimiyyətinin önünə gedərək icra başçısıyla görüş istəyiblər. İcra başçısı görüşdən imtina edib. Bunun əvəzinə jurnalistləri içra hakimiyyətinin şöbə müdirlərindən biri qarşılayıb.
Jurnalistlər rayon sakinlərinə istinadla şöbə müdirinə deyiblər ki, dünən baş vermiş insident zamanı nazir Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov da orda olub. Bundan başqa, rəsmi məlumatda münaqişənin səbəbkarlarından və saxlanılanlardan biri kimi adı çəkilən Elməddin Məmmədov nazirin bacısı oğludur. Jurnalistlər şöbə müdirinə bu məsələylə bağlı suallar ünvanlayıblar. İH nümayəndəsi nazirin oğlunun bu hadisələrdə iştirakını inkar edib. Nazirin bacısı oğlu ilə bağlı isə məlumatlı olmadıqlarını deyib.

14.40

Saat 14.30 radələrində yüzdən artıq İsmayıllı sakini İcra Hakimiyyətinin qarşısında növbəti etiraz aksiyasına cəhd göstərib. Polislə aksiyaçılar arasında toqquşma olub. Aksiyanın qarşısı alınıb və iştirakçılardan bir neçə nəfər saxlanılıb. Aksiya dağıdılıb.
Bu barədə “Azadlıq”ın rayona ezam olunmuş əməkdaşı Ramin Deko məlumat verib.
“Yeni Müsavat”ın rayonda olan əməkdaşı isə xəbər verir ki, ümumən hadisələr zamanı saxlanılanlar arasında orta məktəb şagirdləri də var. Saxlanılanların yaxınları Rayon Polis Şöbəsinin qarşısında onlardan xəbər gözləyirlər. Onlardan bir neçə nəfəri jurnalistə deyib ki, 11-ci sinifdə oxuyan övladlarını həbs edərək şöbəyə gətiriblər.

***

“Azadlıq”ın bölgə müxbiri Elçin İsmayıllı xəbər verir ki, saxlanılanlara Polis Şöbəsində işgəncə verildiyi haqda məlumatlar var. Jurnalistləri şöbəyə yaxın buraxmasalar da, saxlanılanların yaxınları bu barədə onları məlumatlandırıb. Saxlanılanlar arasında işgəncədən vəziyyəti pisləşənlərin olduğu da deyilir.
Elçin İsmayıllının özü də rayon rəhbərliyinin təzyiqlərinə tuş gəlib. Bölgə müxbirimizin bildirir ki, rayon polis rəisinin Şöhrət adlı müavini dünən gecə onun kamerasını çəkiliş apararkən əlindən almaq istəyib, əhalin buna imkan verməyib. Bu gün isə rayon prokurorluğu onu hadisələrin mediada işıqlandırılmasına görə sorğu-suala çəkib, ondan izahat alıb. Elçin İsmayıllı polis rəisi müavininin təhriki ilə ona qarşı təxribat hazırlana biləcəyindən narahatdır.

***

15.30

İsmayıllıya ezam olumuş əməkdaşımız Ramin Deko xəbər verir ki, polis və rayon rəhbərliyinin təhriki ilə rayonda bütün internet klublar bağlanıb. Kafe və çayxanalrın işi də dayandırılıb. Hətta mağazaların işləməsinə də imkan verilmir. Evlərin qarşısında polislər keşik çəkir və sakinlərin evdən çıxmasına mümkün olduğu qədər məhdudiyyət qoyulur. Rayonun böyük bir hissəsinin işığı kəsilib. Bütün bunlar rayonda axşam saatlarında yenidən aksiyanın başlaya biləcəyi ilə əlaqələndirilir.

15.40

Əməkdaşımız Ramin Deko İsmayıllıdan xəbər verir ki, rayona əlavə polis və daxili qoşun qüvvələri gətirilib. 6 maşın daxili qoşun əsgərləri, 20 maşına yaxın Çevik Polis Alayı Rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşdirilib.