Avropa Şurasının insan hüquqları üzrə komissarı Ermənistan və Azərbaycana səfər edəcək

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç oktyabrın 16-23-də Ermənistan və Azərbaycanda, o cümlədən Qarabağ regionunda səfərdə olacaq. Səfər zamanı münaqişədən zərər çəkən adamların hüquqları ilə bağlı vəziyyətə diqqət yetiriləcək.

Avropa Şurasının press-relizinə görə, komissar dövlət məmurları, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələrilə görüşlər keçirəcək.

Səfərin yekunlarına dair bəyanat dərc olunacaq.

Contact.az