Həbsdə olan iranlı fəal Nərgiz Məhəmmədi Nobel Sülh Mükafatına layiq görülüb

Həbsdə olan iranlı fəal Nərgiz Məhəmmədi qadın hüquqları və demokratiya uğrunda, eləcə də ölüm cəzasına qarşı yorulmaz mübarizəsinə görə cümə günü Nobel Sülh Mükafatına layıq görülüb. BMT Baş Katibi Antonio Quterreş yaydığı bəyanatda Məhəmmədiyə Nobel mükafatı verilməsini qadın haqları uörunda mübarizəyə qarşı müqavimətin nə dərəcədə güclü olmasına işarə kimi dəyərləndirib.

51 yaşlı Məhəmmədi İran hakimiyyəti tərəfindən çoxsaylı həbslərə və illərini dəmir barmaqlıqlar arxasında keçirməsinə baxmayaraq, fəallığını davam etdirib.

“Bu mükafat ilk növbədə tanınmış lider Nərgiz Məhəmmədi də başda olmaqla, İrandakı böyük bir hərəkatın çox mühüm işinin tanınması deməkdir” – deyə, Osloda mükafatı elan edən Norveç Nobel Komitəsinin sədri Berit Reyss-Andersen bildirib.

Reyss-Andersen komitənin bu mükafatın “hərəkatın işini uyğun gördüyü bir formada davam etdirəcəyinə” təşviq edəcəyinə ümid etdiyini deyib. O, həmçinin İranı dekabrın 10-da keçiriləcək mükafatlandırma mərasimində iştirak etməsi üçün Məhəmmədini azad etməyə çağırıb.

Mükafat aldıqdan az sonra Instagram hesabında bəyanat yayan Məhəmmədinin ailəsi bütün iranlıları, ələlxüsus İranın cəsur qadın və qızlarını təbrik edib.

Amerikanın səsi