Bir gün qabaq dostlardan biri mənə gizlincə bildirdi: “Binə” ticarət mərkəzində satıcıların aksiyası olacaq”. Niyəsini soruşdum, “Soyğunçuluğa, cürbəcür ödənişlərin gündən-günə artırılmasına görə”, dedi. Inanmadım. Bizdə adamların pula, gündəlik qazanca necə bağlı olduqlarını bildiyimdən inanmadım. Inanmadığımdan da sorağı aldığım yerdəcə unutdum. Bir gün sonra “Azadlıq” radiosunun “Binədən” aksiya yayımlarını Internetlə izləyirkən istər-istəməz düşünməli oldum: “Ölkədə devrim dönəmi başlayır”. Məni düz başa düşün: bu ölkədə gündəlik qazanc adamları o dönməzliklə YOLA çıxırlarsa, demək, “ümummilli liderin” xalqı aldatmaq üçün ortaya atdığı “bizim xalqımız dözümlü xalqdır” bulka-qoğalı daha işə yaramır – xalqın dözüm limiti tükənib!
Indi bildiyimi öncə bilsəydim, “Binə” ticarət mərkəzində aksiya keirilcəyi ilə bağlı sorağa inanardım. Indi bildiyim nədir? Bunu vəkil Qurban Məmmədov bildirir: “Binə” satıcılarının mülkiyət hüquqları var”. Bax, mən bunu bilmirdim. Bu isə olduqca önəmli faktordur – Əliyevlər Azərbaycanı kimi bütün hüquqların ayaqlar altına atılıb tapdandığı rejimdə belə! Insanlığın milyon illik varlığı boyunca ən qanlı savaşlar mülkiyyətlə bağlı olub, “mənim”, “sənin” bölgüsü üstündə baş verib. 19 yanvarda ortaya çıxan aksiya da o sıradandır. Bəlli olduğu kimi, Türk say sistemində 19 20-dən sonra gələn saya deyilir. 19 yanvardan sonra 20 Yanvar gələcəkdi. 22 il idi 19 yanvar 20 Yanvara bənzəmirdi. Indi bənzədi – əliyevlər hakimiyətinin 20-ci ilində. Sosial istəklərlə YOLA çıxanları Ilham Əliyev gülləyə tutdurdu. Sosial istəklərlə YOLA çıxanları, Hüququ tapdananları, Çörəyi əlindən alınanları!
Bu yerdə biz istər-istəməz I.Əliyevi DÜZ saymalıyıq – aksiyaçıları gülləyə tutdursa belə. Axı, ortada onun “Azərbaycan Respublikasının prezidenti” ola-ola hüquqlarının tapdanması faktı var. Özü də daha böyük ölçüdə, daha köklü-köməcli. Bəlli olduğu kimi, Əliyevlər Azərbaycanı 1993-dən özəlləşdiriblər: neft-qaz, balıq-kürü, qızıl-gümüş yataqları başda olmaqla ölkənin bütün yeraltı-yerüstü var-yatırı DAŞIHMAZ əmlak olaraq onların LEGITIM mülkiyətidir. Daşınan əmlak kateqoriyasından yanaşmaqla, Azərbaycan xalqı da Əliyevlərin LEGITIM mülkiyətləri sırasındadır. Ayrıca götürsək, “Binə” ticarət mərkəzi də Əliyevlərin pulyığanlığını Kəbirə adında birisinə tapşırdıqları LEGITIM mülkiyətləridir. Yoxsa, Kəbirə kimdir yüzlərcə aksiyaçı kişinin qabağına o sayaq QORXUNC barmaqla çıxa. Aksiyaçıları vəhşicəsinə döyən o polislər də Kəbirənin deyil, Əliyevlərin polisləridr. Tutulan aksiyaçılara bir gün sonra gözüyumulu iş kəsən də Əliyevlərin məhkəməsidir. Əliyevlər Azərbaycanındakı hakimlər gözübağlı Femidanın gözüaçıq işbazlarıdı – IŞ vermək hüququ olan işbazları! Siyasi sifariş, göstəriş gəlsə, onlar Azərbaycanın özünə iş kəsərlər – bir sıra alınıb-satılmaz, əyilib-yenilməz oğullar yetirdiyinə, belə ANTIMILLI ÜNSÜRLƏRLƏ Əliyevlərə problem yaratdığına görə!
12 yanvarda keçirilən “Əsgər ölümünə son!” aksiyası ilə bağlı bir sıra satqın jurnalistlər – hüquq savçıları necə yalanlar uydurdular. Hakimiyətin ən dərin qatlarından soraqlı olan Eynulla Fətullayev özünün “haqqın. az” saytında (indi onun saytı yalnız belə adlana bilər: haqqın az!) o aksiyanı hakimiyətin keçirməsi ilə bağlı müxalifət üzərinə ayaqlanmaqdan da çəkinmədi. Indi susur. Sən demə, gənclərin aksiyasının arxasında I.Əliyev özü dururmuş (A.Mollazadə, I.Ağazadə ilə birlikdə). Istəyi də bu imiş: sonra Korrupsionerlər Komitəsinin yığıncağını keçirib aksiyaçılara “antimilli ünsürlər” desin. Görəsən. I.Əliyev sosial istəklərlə aksiya keçirənlərə nə deyəcək, bunlar aksiya ilə bağlı nə versiyalar uyduracaqlar? 19 yanvar aksiyasına gəlincə, ordumuz kimi, “Binə” ticarət mərkəzinin də LƏKƏLƏNMƏSINƏ yol verilməməlidir!

Antimilli Azərbaycan
•