Dünən, sentyabrın 29-da 2015-2018-ci illərdəseparatçı qurumun “müdafiə naziri” Lyova Mnatsakanyan və 2013-2023-cü illərdə “prezidenti aparatının rəhbərinin müavini, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi vəzifələrində” işlədiyi deyilən Davit Babayan saxlanıb.
Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.
Davit Babayanın hələ 3 il əvvəldən Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,…), 32.3, 114.1 (muzdlular yığma, onlara təlim keçmə,… hərbi əməliyyatlarda istifadə etməni təşkil etmə) və başqa maddələri üzrə əməllərdə şübhəli sayıldığı bildirilir.
Davit Babayan
Onun sentyabrın 29-da istintaqa təqdim olunduğu və ona həmin tarixdə qeyd olunan maddələr üzrə ittiham elan edildiyi vurğulanır.
Qarabağın keçmiş ‘müdafiə naziri’nin də saxlandığı açıqlanıb
Prokurorluğun bəyənatında Lyova Mnatsakanyanın isə 2006-cı il noyabrın 8-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediməsi barədə qərar qəbuil edilmiş və həmin il noyabrın 14-də barəsində müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verildiyi bildirilib.
Azadlıq radiosu