Qarabağ separatçılarının lideri Samvel Şahramanyan tanınmamış qurumun buraxılması barədə sərəncam imzalayıb. Bildirilir ki, 2024-cü il yanvarın 1-dək Qarabağdakı “bütün dövlət müəssisələri və təşkilatları” öz fəaliyyətini dayandırır və “Dağlıq Qarabağ (Artsax) Respublikası” buraxılır.
Razılaşmaya görə, Qarabağ əhalisi, həmçinin regiondan kənarda yaşayanlar sərəncam qüvvəyə minəndən sonra Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olacaqlar.
Açıqlamaya görə, bununla da onlar gələcəkdə Qarabağda qalmaq (qayıtmaq) imkanı ilə bağlı müstəqil və fərdi şəkildə qərar verməlidirlər.
Azadlıq radiosu