“Belə hallarda adama deyərlər ki, get, böyüyün gəlsin”
YAP millət vəkili Mübariz Qurbanlı SİA-ya müsahibəsində deyib ki, əgər Eldar Namazov siyasətlə məşğul olmaq, partiya yaratmaq və “Ziyalılar Forumu” daxilində fəaliyyət göstərmək istəyirsə, buyursun etsin.”Yox əgər könlündən prezindentliyə namizəd olmaq, AXCP, Müsavat Partiyası ilə hanısa formada diskussiya qurub, iş aparmaq istəyirsə, bunu da edə bilər. Əgər Eldar Namazov namizəd olmayıb, bizim əleyhimizə təbliğat və təşviqat aparacaqsa, əlbəttə ki, biz də müvafiq şəkildə onların cavablarını verəcəyik. Biz azad, demokratik sivil polemikanın tərəfdarıyıq. Eldar Namazovun yaratmaq istədiyi “El Hərəkat” və s. bu kimi hərəkatlar zaman-zaman mövcud olub. Əgər onların gücləri varsa, buyurub yarada bilərlər. Sadəcə, bunlar hələlik xəyalla məşğuldurlar. Bizim prezidentimizin arxalandığı yeganə qüvvə varsa, o da Azərbaycan xalqıdır”
Eldar Namazov “Deyerler.org” vasitəsilə Mübariz Qurbanlının son açıqlamasına münasibət bildirib. “Mübariz Qurbanlı bizə hansısa məsləhət vermək fikrinə düşübsə, bu çox yersizdir. Bizim belə məsləhətlərə ehtiyacımız yoxdur. Əgər onun bəyanatı kiməsə meydan oxumaq məqsədi daşıyırsa, bu da yersizdir. Belə hallarda adama deyərlər ki, get, böyüyün gəlsin”.


