Avropa İttifaqı Şurasının Prezidenti Ağdam-Xankəndi yolunun Laçın marşurutu ilə eyni vaxtda açılmasına çağırıb


ENRU  2023   2022   2021   2020   2019   2018   2017   2016   2015   2014   2013   2012   2011   2010   2009   2008   2007   2006   2005   2004   2003   2002   2001   2000   1999   1998   1997   1996   1995   1994   1993   1992   1991        HƏR YERDƏ AXTAR     Siyasət     İqtisadiyyat     Maliyyə     Enerqetika     Analitika     İcmallar (Bazarların icmalı, İqtisadiyyat icmalı, Siyasi monitorinqi)     Mövqe (Müsahibə, Deməyə sözüm var, ÇƏTİN SUAL, Tanımalı Azərilər)     Cəmiyyət (Cəmiyyət, Mədəniyyət, Dünyada)     Multimedia (Foto sessiyalar, Aktual reportaj, Tanimali Azərilər)      VƏ     YA     İFADƏ Search

TURAN NEWS AGENCY
www.turan.az
© Turan News Agency RSS
We are on the TWITTER
We are on the FACEBOOK
We are on the TELEGRAM
We are on the YOUTUBE
We are on the INSTAGRAM
Our email
Send link by Whatsapp
Send link by Viber
Send link by Telegram
Send link by LINE
Send link by Skype
Send link by Facebook messenger
Copy link

Charles MichelCharles Michel

Avropa İttifaqı Şurasının Prezidenti Ağdam-Xankəndi yolunun Laçın marşurutu ilə eyni vaxtda açılmasına çağırıb

Siyasət 
2023 Sentyabr 01 ( Cümə )  15:02:15

English Русский 

Bakı/01.09.23/Turan: Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin irəliləməsi işi ilə intensiv məşğul olmağa davam edir.

Bu barədə Avropa İttifaqı Şurası Prezidentinin mətbuat katibinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda deyilir ki,  Şarl Mişelin son həftələr ərzində Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar tərəfindən dəstəklənən səyləri Qarabağdakı ermənilərin humanitar vəziyyətinin həllinə prioritet istiqamət kimi yönəldilib.

“Xüsusi Nümayəndə Klaar və Prezident Mişelin komandası girişin açılması istiqamətində həll yolu hazırlamaq üçün Bakı,  Yerevan  və Qarabağ ermənilərinin nümayəndələri ilə mütəmadi əlaqə saxlayır”, – deyə bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Laçın dəhlizinin tam fəaliyyəti və Ağdam yolunun açılmasında ardıcıllığı əks etdirəcək addım-addım yanaşma təklif edib.

“Bu addımların ardıcıllığı və bu yollar vasitəsilə çatdırılacaq yükün növü, eləcə də müşayiətedici prosedurlar son müzakirələrin əsasını təşkil edib.

Aİ keçmiş razılaşmalara və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq Laçın dəhlizinin açılmasına qətiyyətlə inanır və qeyd edir ki, Ağdam yolundan istifadə də təcili və gündəlik əsas ehtiyaclarla bağlı təchizatın təmin edilməsi üçün konkret və davamlı həllin bir hissəsi ola bilər”,  bəyanatda bildirilib.

Aİ tərəfi, həmçinin, Bakının Qarabağ ermənilərinin Laçın dəhlizi ilə Ermənistana və Ermənistandan gediş-gəlişi ilə bağlı prosedurlara aydınlıq gətirməsinin vacibliyini vurğulayıb.

“Paralel olaraq, müzakirələr, həmçinin, Qarabağ ermənilərinin tezliklə elektrik enerjisi və qaz təchizatının bərpasına da yönəlib. Fövqəladə vəziyyətdən əlavə, Aİ tərəfi uzunmüddətli dayanıqlı həllə nail olmağı asanlaşdırmaq üçün münaqişənin keçmişinə baxmağın vacibliyini vurğulayıb. Bu baxımdan Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında dialoq mühüm əhəmiyyət kəsb edəcək. Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi təmin edilməli, konkret üsullarla bağlı müzakirələr mümkün qədər tez başlamalıdır. Bakı ilə Qarabağ erməniləri arasında inam və etimadı gücləndirmək üçün dialoqa ehtiyac var.”

Bəyanatda o da vurğulanıb ki,   Avropa İttifaqı bu prosesə beynəlxalq dəstək, eləcə də əldə edilmiş razılaşmaların həyata keçirilməsinin dəstəklənməsi üçün yerdə – regionda iştirak üçün müxtəlif təkliflər təqdim edib.

“Yuxarıda göstərilən bütün səylərin yalnız bir məqsədi var: Bakı ilə Yerevan arasında münasibətlərin yerdəki bütün əhalinin rifahı naminə birdəfəlik normallaşmasını təmin etmək. Bugünkü eskalasiya fonunda indi cəsarətli kompromis həllərin vaxtıdır”, – deyə bəyanatda qeyd olunur. 

Contact.az