Masallıda YAP sədri Seyfəddin Əliyevin sürücüsü Elman Şahnəzər oğlu Abdullayev xeyli miqdarda sirkə içərək intihar edib. Elman Abdullayev ağır vəziyyətdə Semako xəstəxanaaına çatdırılıb. Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır. Hüquq- mühafizə orqanları intihar hadisəsini gizlətməyə çalışsa da, rayon sakinləri E.Abdullayevin “xozeyninə” etiraz edərək intihar etdiyini bildirirlər. Qeyd edək ki, YAP sədri Seyfəddin Əliyev də, onun intihar edən sürücüsü də Masallının Çaxırlı kəndindəndir. Yerli sakinlərin sözlərinə görə son vaxtlar onların münasibətlərində ciddi gərginlik olub. S.Əliyev sürücüsünü ağır söyüşlərlə təhqir edirmiş. Elə İntihar hadisəsi də avqustun 9-da S. Əliyevin sürücüsünü növbəti dəfə təhqir edərək işdən qovacağıyla hədələməsindən sonra baş verib.

YAP sədrinin sürücüsü intihar etdi
•